Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Eynulla Fətullayevin saytları bağlanır?

Eynulla Fətullayevin saytları bağlanır?

Tanınmış jurnalist Eynulla Fətullayevin təsisçisi olduğu saytlar bağlanmaq təhlükəsilə üzləşib. “AzPolitika.info”ya daxil olan məlumata görə, “haqqın.az”, “virtualaz.org” və “azeridaily.com” saytlarının əməkdaşları ilə bağlanmış əmək müqavilələri ləğv edilib və onlara yeni iş yeri tapmaq tövsiyyə olunub. Bu 3 saytın ümumi işçilərinin sayı 58 nəfər olub.

“Haqqın.az” saytının əməkdaşı Bəhram Batıyev əməkdaşımızın sorğusuna cavab olaraq artıq bu saytda işləmədiyini təsdiq edib. Lakin işdən çıxmasının səbəbi haqda danışmaq istəməyib: “Bu barədə Eynulla Fətullayevə müraciət edin”.

Əməkdaşımız E.Fətullayevin saytının daha bir neçə əməkdaşının yeni iş yeri axtardığını dəqiqləşdirə bilib. Bir mənbə isə bildirib ki, E.Fətullayevin saytlarında kütləvi işdənçıxarma maliyyə problemləri ilə bağlıdır.

Məsələ ilə bağlı E.Fətullayevin özü ilə danışmaq cəhdimiz baş tutmadı.

Xatırladaq ki, bir müddət əvvəl E.Fətullayev saytlarının rəhbərliyindən uzaqlaşdığını, ANS-də yeni layihə həyata keçirəcəyini bildirmişdi. Bəzi məlumatlara görə, onun hakimiyyətlə müəyyən problemləri yaranıb və bu səbəbdən maliyyə dəstəyini itirib. İstisna deyil ki, E.Fətullayevin saytlarının bağlanması barədə qəti qərar verilib.

Yeni fəaliyyətə başlayan korrespondent.az saytı isə, Eynulla Fətullayevin rəhbərlik etdiyi saytların birdəfəlik fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb:”Fevralın 5-də Haqqın.az və Virtualaz.org saytları işini dayandırıb. Hər iki sayta rəhbərlik edən araşdırmaçı-jurnalist Eynulla Fətullayev kollektivi toplayaraq maliyyə durumu ilə bağlı saytların işini dayandırmaq haqqında qərar verdiyini deyib.

Bu haqda sözügedən saytlarda çalışanlar Facebook sosial şəbəkəsi üzərindən xəbər yayıb. Onlar iş axtardıqlarını bildirirlər”.

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın