Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu

Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi – təqaüdsüz) qəbul alıb.

Məhərrəmin alacağı təqaüd məbləği illik 28.000 ABŞ dolları təşkil edir.

O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …