Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Evini milli bayrağımız rəngdə boyayan döyüşçü vəfat edib

Evini milli bayrağımız rəngdə boyayan döyüşçü vəfat edib

Qarabağda ağır və şərfli bir döyüş yolu keçmiş Yusif Nəciyev vəfat edib.

QAZİLER.AZ saytı yardımlıların facebook qrupuna istinadən xəbər verir ki, Y.Nəciyev 1971-ci il yanvarın 1-də Yardımlı rayonunun Avur kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1989-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Yusifin həmyerlisi Elman Eldaroğlu onun haqqında sözügedən qrupda ətraflı məlumat da verib. Həmin məlumatı təqdim edirik:

Y.Nəciyev də 1992-ci ilin avqust ayında Daxili Qoşunların sıralarında Qarabağda döyüşlərə qatılıb. Döyüş yolu Zəngilan rayonunun Qazançı kəndində başlayıb. Döyüşlərdə yüksək qabiliyyət və bacarıq nümayiş etdirən baş gizir Y.Nəciyev tağım komandiri vəzifəsindən bölük komandiri vəzifəsinə qədər yüksəlib.

Onun döyüş yoluna yaxından bələd olan yoldaşlarının dediyi görə, Yusif taborda hamının rəğbətini qazandığından əsgərlər onun rəhbərliyi altında əməliyyatlara böyük ruh yüksəkliyi ilə gedirdi. Bu döyüşlərdə Yusif Nəciyev xüsusilə fərqlənirdi. Onun xidmət etdiyi tabor bir müddət Zəngilanın müdafiəsində iştirak edir. 1994-cü ilin əvvəlində isə Füzuli rayonunda yerləşən alaya kömək məqsədilə döyüşlərdə fərqlənən, yüksək döyüş qabiliyyətinə malik olan, qorxmaz və cəsur bölük kimi tanınan Yüsifin rəhbərlik etdiyi bölük həmin bölgəyə ezam edilir. Bölük Əhmədbəyli kəndindən başlayaraq Horadiz qəsəbəsi də daxil olmaqla bir sıra kəndlərin azad edilməsində iştirak edir. Həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Yusif Nəciyev Daxili Qoşunlar komandanlığı tərəfindən mükafata layiq görülüb.

1994-cü il mayın 12-də tərəflər arasında atəşkəs əldə edildikdən sonra döyüş bölgəsində öz borcunu şərəflə yerinə yetirən bölük yenidən ruh yüksəkliyi ilə əvvəlki dislokasiya yerinə – Hacıqabul şəhərinə qayıdır. Sonrakı dövrlərdə Zaqatala bölgəsində ictimai asayişin bir qrup silahlı cinayətkarlar tərəfindən pozulduğu bir vaxtda Daxili Qoşunların cəbhə bölgəsində döyüş yolu keçmiş bir sıra hərbi qulluqçusu bu bölgədə yerləşən alaya köçürüldülər.

Yüksək döyüş qabiliyyəti və peşəkarlığı nəzərə alınaraq baş gizir Yusif Nəciyev bu hərbi qulluqçuların sıralarına daxil edildi. Təsadüfi deyil ki, çətin təbii şəraitə malik olan bu bölgədə silahlı cinayətkarların tutulub zərərsizləşdirilməsində Yusif xüsusi bacarıq nümayiş etdirib. Onun xidmətləri Daxili Qoşunlar və hərbi hissə komandanlığının diqqətindən kənarda qalmamış və o, dəfələrlə yüksək mükafatlara layiq görülmüşdü…

Allah rəhmət eləsin…

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …