Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Eurovision” məhbusları da əfv edildi

“Eurovision” məhbusları da əfv edildi

Bu gün Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında “Eurovision” məhbusları da var.

Barələrində 2013-cü ilin dekabr ayında hökm oxunan oxunan “Eurovision” məhbuslarından həbsdə qalanların hamısı əfv edilib.

Xatırladaq ki, Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərli,  Qorxmaz Camalov, Elimxan Hüseynov, Samir Hüseynov, Tofiqi Emin,  Səfər Məmmədov , ƏliƏliyev 2012-ci il Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində şəhər əhalisi arasında disk yaymaqda ittiham olunaraq həbs edilimişdilər. Diskdəki videorolikdə Azərbaycanda yarışmadan əvvəl “geyparad” keçiriləcəyi bildirilir və sosial problemlər, Qarabağ problemi, dini qadağalar və s. problemlərin yaşandığı ölkədə bu cür yarışmanın keçirilməsinin yolverilməz olduğu vurğulanırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə şübhəli bilinərək həbs edilən “azadxəbər.org” saytının baş redaktoru Nicat Əliyev 10 il , Elvin Nəsirovu 9 il, Ceyhun Səfərlini 9 il digər şəxsləri isə 8 ildən 4 ilə qədər azadlıqdan məhrum edilmişdi

Qeyd edək ki, az həbs cəzası alanlar azadlığa çıxmışdı.  Ağır cəza alan və hələ də həbsdə olan Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərli,  Qorxmaz Camalov, Elimxan Hüseynov, Samir Hüseynov isə əfv edilib. (AzPolitika.info)

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …