Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Ermənistanda aksiya: generalın təkrar həbs edilməsi tələb olunur

Ermənistanda aksiya: generalın təkrar həbs edilməsi tələb olunur

General Manvel Qriqoryanın girov müqabilində həbsdən buraxılması onun doğulduğu şəhərdə sərt etirazlara səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Eçmiədzin şəhərinin sakinləri artıq üçüncü gündür, etirazlarını davam etdirirlər. Şəhər sakinləri sabiq deputat və müdafiə nazirinin keçmiş müavini M.Qriqoryanın təkrar həbs edilməsini istəyirlər.

Aksiya iştirakçılarının etiraz yürüşü davam edir. Civan Abramyan adlı aksiya fəalı deyib ki, Qriqoryan despot olub və vaxtilə bütün şəhəri qorxu içində saxladığı üçün cəzalandırılmalıdır. O, həmçinin hakimi pul qarşılığında belə bir despotu həbsdən buraxmaqda da ittiham edib.

Qeyd edək ki, M.Qriqoryan 21 dekabrda 25 milyon dram (51,5 min dollar) müqabilində azadlığa buraxılıb. Bu qərardan dərhal sonra Eçmiədzində aksiyaların başlanması Nikol Paşinyanı da dilə gətirib. O, deyib ki, məhkəmənin qərarı onun üçün gözlənilməz olub və məsələni araşdıracaq.

Qriqoryanın xalq tərəfindən cəzalandırılacağından ehtiyatlanan rəsmi qurumlar onu Armavir vilayətinin Aknaliç kəndindəki bağ evinə aparıblar. Polis bütün gün ərzində burada keşik çəkir.

Xatırladaq ki, Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı ən qəddar münasibəti ilə seçilmiş erməni general bu ilin iyununda deputat mandatından məhrum edilərək həbs olunub. Axtarışlar zamanı onun evindən külli miqdarda silah-sursat və əsgərlər üçün nəzərdə tutulmuş məhsullar aşkarlanıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …