Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Ermənilər Xankəndidə sülhməramlıları tut arağına tutub, öz qızları ilə təmin edir…”

“Ermənilər Xankəndidə sülhməramlıları tut arağına tutub, öz qızları ilə təmin edir…”

Tarixə nəzər salsaq görərik ki, ruslardan həmişə bizə bəla gəlib. Onların gətirilib Qarabağda yerləşdirilməsindən tutmuş, bu günə qədər başımıza gələnlərin hamısı rusun zibilləridir. Biz hələ də bunun ağrısını çəkirik. Bu gün də Rusiya öz siyasətindən əl çəkmir. Onların məqsədi bizim ixtiyarımızı əlimizdən almaq və erməniyə kömək etməkdir. Onlar həmişəki siyasətlərini yerinə yetirir. Bu gün sərhəddə baş verənlər də həmin dırnaqarası siyasətin bariz nümunəsidir”.
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyib. O, daha sonra əlavə edib.
 
“Nə sülhməramlı?! Onlar yalnız ermənilərə qulluq edirlər. Ermənilər də Xankəndidə onları tut arağı, yeri gələndə də öz qızları ilə təmin edir. Bizim jurnalistləri öz əzəli torpaqlarımıza buraxmırlar?! Hanı bəs üçtərəfli görüş zamanı imzalanan müqavilə?! Rusiya Ukraynanı yerlə yeksan etdi, avropanın qazını kəsdi, bütün ölkələrə pislik etdi, indi də Qarabağda işlər çevirir?! Rusiyanın alçaq siyasətçiləri qoymur ki, insanlar sülh içərisində, rahat yaşasınlar. Mən bilirdim ki, sülhməramlılar orada bir təxribat hazırlayacaqlar. Bu məsələ yalnız cənab prezident səviyyəsində həll oluna bilər. O da çox əziyyət çəkir. Bir müddət əvvəl də işğaldan azad olunmuş ərazilərə gedən Ekologiya və Təbii Sərvətlər nazirliyinin işçilərini əraziyə buraxmamışdılar. Çünki ruslar ermənilərin əli ilə oradakı bütün yeraltı və yerüstü sərvətlərimizi talayır. Bu çox alçaq millətdir. Kiməsə qarğış etmək istəsən, ona de ki, səni görüm erməni ilə qonşu olasan. Bu millət məxluqlardan ibarətdir. Biz ermənilərə açıq deyirik ki, əgər bizimlə yaşamaq istəyirsinizsə gəlib vətəndaşlığımızı, konstitutsiyamızı qəbul edin. Onlar elə “Artsax, Artsax” deyirlər.
 
Xalq artisti sərhədə toplaşan insanlara da ürək-dirək verib.
 
“Sərhədə toplaşan, sülhməramlıların qarşısında dayanan vətəndaşlarımıza təşəkkür edirəm. Onların bu hərəkətini alqışlayıram. Bunun özü də bir cəsarət, qəhrəmanlıq nümunəsidir. Üstəlik də jurnalistlərimizin çıxışları mənə ləzzət edir. Arzu edirəm ki, o insanlar xəstələnməsinlər. Çünki ora çox soyuqdur. Tonqalları gur yansın. İnanıram ki, dövlətimiz bu işə bir çarə tapacaq. Bizim gücümüz də, qoşunumuz da var. Məsləhət olsaydı onları basıb keçərdik, rus qoşunları da bizə heç nə edə bilməzdi. Amma bizim prezidentimiz var, o düşünüb, daşınır, sonra hərəkət edir. Nəyin nə zaman lazım olduğunu prezident bilir. Dəmir yumruq da yerindədir” deyə sənətkar bildirib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …