Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Erməni diversantın atası azərbaycanlı əsirlə görüşdü – Foto

Erməni diversantın atası azərbaycanlı əsirlə görüşdü – Foto

Azərbaycan sərhədlərini pozarkən saxlanılmış Ermənistan ordusunun kəşfiyyatçısı Karen Kazaryanın atası Armen Kazaryan yolu azaraq Ermənistan tərəfə keçərkən əsir götürülmüş Azərbaycan vətəndaşı Elvin İbrahimovla görüşüb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Armen Kazaryan Elvinə xəstəxanada baş çəkib. Ziyarət barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu bu il martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Azərbaycanda terror aktı törətməyə cəhd göstərməkdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryan isə keçən il sərhəd rejimini pozaraq Azərbaycan tərəfinə keçərkən saxlanılıb. (Teleqraf.com)

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …