Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Er­mə­nis­tan par­la­ment seç­ki­lə­rin­də “ət­tö­kən” mul­ti­kul­tu­ra­lizm şo­u­su gös­tər­mə­yə ha­zır­la­şır…

Er­mə­nis­tan par­la­ment seç­ki­lə­rin­də “ət­tö­kən” mul­ti­kul­tu­ra­lizm şo­u­su gös­tər­mə­yə ha­zır­la­şır…

Or­xan Qa­sım­lı: “Bu­nun­la on­lar öz­lə­ri­ni mo­no­et­nik ol­ma­yan, mul­ti­kul­tu­ral bir öl­kə ki­mi qə­lə­mə ver­mə­yə ça­lı­şır”
“An­caq re­al­lıq­la­rı giz­lət­mək müm­kün de­yil”

Əli hər yer­dən üzü­lən Er­mə­nis­tan ha­ki­miy­yə­ti dün­ya­ya növ­bə­ti ya­la­nı­nı sı­rı­maq is­tə­yir. Er­mə­nis­ta­nın haq­lı tən­qid olun­du­ğu möv­zu­lar­dan bi­ri də onun mo­no­et­nik ol­ma­sı­dır. Bu fak­tor öl­kə üçün əv­vəl­dən xa­rak­te­rik ol­ma­yıb.
Er­mə­nis­ta­nın tər­ki­bin­də müx­tə­lif et­nos­lar ya­şa­yıb. Rəs­mi İrə­van çox pri­mi­tiv bir va­si­tə ilə fak­tı tək­zib et­mə­yə ça­lı­şır. Er­mə­nis­tan mət­bu­a­tı bir ne­çə ay­dan son­ra ke­çi­ri­lə­cək par­la­ment seç­ki­lə­ri­lə bağ­lı öl­kə­də ya­şa­yan et­nik az­lıq­la­rın si­ya­hı­sı­nı açıq­la­yıb. İd­di­a­ya gö­rə, Er­mə­nis­tan­da 2011-ci il­də ke­çi­ri­lən ən son si­ya­hı­ya­al­ma­nın nə­ti­cə­si­nə əsa­sən, et­nik az­lıq­lar 4 mil­lə­tin nü­ma­yən­də­lə­rin­dən təş­kil olu­nur. Gu­ya Er­mə­nis­tan­da 35308 ye­zi­di kürd, 11911 rus, 2769 as­so­ri, 2162 kürd ya­şa­yır.
Er­mə­nis­tan bu ya­la­nı ilə nə­yi sü­but et­mək is­tə­yir?
Miq­ra­si­ya üz­rə mü­tə­xəs­sis Or­xan Qa­sım­lı qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Er­mə­nis­ta­nın bu cür ucuz şo­u­ya əl at­ma­sı tə­sa­dü­fi de­yil:

“Bu­nun­la on­lar öz­lə­ri­ni mo­no­et­nik ol­ma­yan, mul­ti­kul­tu­ral bir öl­kə ki­mi qə­lə­mə ver­mə­yə ça­lı­şır. An­caq re­al­lıq­la­rı giz­lət­mək müm­kün de­yil. Bi­lir­si­niz ki, hət­ta 20-ci əs­rin əv­vəl­lə­rin­də er­mə­ni­lər ha­zır­da ya­şa­dıq­la­rı əra­zi­lər­də et­nik az­lıq olub. Ora­da­kı əha­li­nin bö­yük ək­sə­riy­yə­ti­ni biz təş­kil et­mi­şik. Yü­rü­dü­lən daş­nak si­ya­sə­ti nə­ti­cə­sin­də soy­daş­la­rı­mız bir ne­çə də­fə öz ata-ba­ba yurdla­rın­dan de­por­ta­si­ya edi­lib. Tək­cə son il­lər ər­zin­də 200 min­dən çox azər­bay­can­lı ora­dan di­dər­gin sa­lı­nıb. Er­mə­nis­tan­da­kı dö­zül­məz iq­ti­sa­di şə­ra­it və ha­ki­miy­yə­tin yü­rüt­dü­yü mo­no­et­nik si­ya­sət öl­kə­ni yal­nız ça­rə­siz er­mə­ni­lər üçün “mün­bit” edib. Tam mə­su­liy­yə­ti­lə de­mək olar ki, Er­mə­nis­tan­da et­nik az­lıq­la­rın nü­ma­yən­də­si­ni mik­ros­kop­la ax­tar­maq olar. Bu acı­na­caq­lı və­ziy­yət bü­tün bey­nəl­xalq təş­ki­lat­la­rın he­sa­bat­la­rın­da da özü­nü gös­tə­rir. Rus­lar de­yən­də yə­qin ki, on­lar hə­min öl­kə­də­ki rus hər­bi ba­za­la­rın­da olan­la­rı nə­zər­də tu­tur. Heç on­la­rın da sa­yı ifa­də olun­du­ğu qə­dər de­yil. Gö­rür­sü­nüz ki, təq­dim olu­nan mil­li az­lıq­la­rın si­ya­hı­sın­da ye­zi­di­lər­lə di­gər kürdlər ay­rı təs­ni­fat­lan­dı­rı­lır. Er­mə­nis­tan­da ya­şa­yan kürdlər mü­səl­man olub­lar. On­lar da azər­bay­can­lı­lar­la bir­lik­də son de­por­ta­si­ya za­ma­nı öl­kə­dən çı­xa­rı­lıb. Bu gün Er­mə­nis­tan­da bir nə­fər də ol­sun mü­səl­man kürd qal­ma­yıb. Bar­maq­la sa­yı­la­caq qə­dər ye­zi­di ola bi­lər. Bir da­ha xa­tır­la­dı­ram ki, rə­qəm­lər öl­kə­nin imi­ci­ni qal­dır­maq üçün kö­kün­dən təh­rif edi­lib. Və­ziy­yət bu şə­kil­də da­vam edər­sə, bir ne­çə il­dən son­ra Er­mə­nis­tan­da heç er­mə­ni qal­ma­ya­caq, nə­in­ki et­nik az­lıq”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın