Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Er­mə­nis­tan fak­ti­ki il­haq olu­nur, qərbpə­rəst mü­xa­li­fə­tin (?) sü­ku­tu su­al­lar do­ğu­rur…

Er­mə­nis­tan fak­ti­ki il­haq olu­nur, qərbpə­rəst mü­xa­li­fə­tin (?) sü­ku­tu su­al­lar do­ğu­rur…

Vü­qar Qə­di­rov: “Qər­bin özü sə­si­ni çı­xar­mır­sa, Er­mə­nis­ta­nın qərbpə­rəst mü­xa­li­fə­ti nə edə bi­lər ki?”

No­yabr ayı Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir bir ne­çə ha­di­sə ilə yad­da qal­dı. Ayın əv­və­lin­də Azər­bay­can Or­du­su iri­miq­yas­lı hər­bi tə­lim­lə­rə baş­la­dı.
Pre­zi­dent İl­ham Əli­yev Fü­zu­li ra­yo­nu əra­zi­sin­də ön xət­də yer­lə­şən ko­man­da-ida­rə­et­mə mən­tə­qə­sin­də əmə­liy­yat şə­ra­i­ti ilə ta­nış olar­kən Er­mə­nis­ta­nın iş­ğal et­di­yi tor­paq­la­rın azad edi­lə­cə­yi­ni bir da­ha vur­ğu­la­yıb və bu ilin ap­re­lin­də­ki dördgün­lük dö­yüş­lə­ri xa­tır­la­da­raq bil­di­rib ki, Lə­lə­tə­pə əmə­liy­ya­tı bi­zim qəh­rə­man­lıq rəm­zi­miz­dir. Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri iri­miq­yas­lı tə­lim­lər ke­çir­di­yi gün­lər­də isə Ru­si­ya və Er­mə­nis­ta­nın Qaf­qaz­da kol­lek­tiv təh­lü­kə­siz­lik zo­na­sı çər­çi­və­sin­də bir­gə or­du ya­ra­da­caq­la­rı açıq­lan­dı. Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­nə təq­dim olu­nan la­yi­hə­də bir­gə or­du­nun Qaf­qaz böl­gə­sin­də tə­rəf­lə­rin təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək məq­sə­di­lə ya­ra­dı­la­ca­ğı qeyd olu­nub. Mü­qa­vi­lə­nin 5 il müd­də­ti­nə im­za­lan­dı­ğı və tə­rəf­lə­rin müd­də­ti ar­tır­maq eh­ti­mal­la­rı­nın da ol­du­ğu vur­ğu­la­nıb. Sə­nə­din la­yi­hə­si­nə əsa­sən, bu öl­kə­lər­dən bi­ri­nə si­lah­lı hü­cum olar­sa, o bi­ri bu­nun qar­şı­sı­nın alın­ma­sın­da iş­ti­rak edə­cək. Bu or­du­ya Er­mə­nis­ta­nın ali baş ko­man­da­nı ko­man­dan­lıq edə­cək. Bu­nun­la be­lə, or­du­nun fə­a­liy­yə­ti mə­sə­lə­sin­də Ru­si­ya ali baş ko­man­da­nı ilə məs­lə­hət­lə­şə­cək. Da­ha doğ­ru­su, Er­mə­nis­tan ali baş ko­man­da­nı bu or­du­ya for­mal ola­raq, göz­dən pər­də as­maq xa­ti­ri­nə rəh­bər­lik edə­cək, bü­tün mə­sə­lə­lər Moskva tə­rə­fin­dən tən­zim­lə­nə­cək. Bu, fak­ti­ki ola­raq, on­suz da müs­tə­qil­li­yin­dən əsər-əla­mət qal­ma­yan Er­mə­nis­ta­nın bir da­ha il­haq olun­ma­sı an­la­mı­na gə­lə bi­lər. An­caq ma­raq­lı­dır ki, Er­mə­nis­tan­da fə­a­liy­yət gös­tə­rən qərbyö­nüm­lü mü­xa­li­fə­tin bu mə­sə­lə­yə re­ak­si­ya­sı ol­duq­ca zə­if ol­du. Sə­bəb nə­dir?
Po­li­to­loq Vü­qar Qə­di­rov  “Bakı-Xəbər”-ə  bil­dir­ib ki, Er­mə­nis­ta­nın düş­dü­yü re­al və­ziy­yət yal­nız hə­min öl­kə­də olan mü­xa­li­fə­tə de­yil, Qərb öl­kə­lə­ri, o cüm­lə­dən ABŞ, Fran­sa və Al­ma­ni­ya üçün də na­ra­hat­lıq ya­rat­ma­lı­dır: “Çün­ki Er­mə­nis­tan NA­TO ilə Fər­di Tə­rəf­daş­lıq üz­rə Əmə­liy­yat Pla­nı­na qa­tı­lıb, Av­ro­pa İt­ti­fa­qı­nın “Şərq Tə­rəf­daş­lıq Proq­ra­mı”nın üz­vü­dür. Baş­qa söz­lə, İrə­van bir yan­dan özü­nü Qər­bə in­teq­ra­si­ya edən öl­kə ki­mi gös­tə­rir, o bi­ri yan­dan isə Qər­bin rə­qi­bi ilə Qaf­qaz­da bir­gə or­du ya­ra­dır.
Əsas su­al bu­dur – Ru­si­ya bu an­laş­ma­dan ne­cə və ki­mə qar­şı is­ti­fa­də edə­cək?! Heç şüb­hə­siz, bu, ilk növ­bə­də, Qaf­qaz­da Qərblə ma­raq­la­rı üst-üs­tə dü­şən­lə­rə, ya­xud onun­la stra­te­ji müt­tə­fiq olan­la­ra qar­şı yö­nə­lib. Eti­raf et­mək la­zım­dır ki, Cə­nu­bi Qaf­qaz­da­kı döv­lət­lər Ru­si­ya­dan güc­lü de­yil. Bu ba­xım­dan rus-er­mə­ni bir­gə or­du­su ilk növ­bə­də Qər­bin ma­raq­la­rı­na qar­şı ya­ra­dı­lıb. Nə­zə­rə al­maq la­zım­dır ki, Ru­si­ya NA­TO-nun Av­ro­pa­da Şər­qə doğ­ru ge­niş­lən­di­yi­ni gö­rür və bun­dan cid­di na­ra­hat olur.
Bun­dan baş­qa, Er­mə­nis­tan Ru­si­ya ilə Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si Təş­ki­la­tın­da müt­tə­fiq­dir. Be­lə bir or­du­nun ya­ra­dıl­ma­sı bir da­ha sü­but edir ki, Azər­bay­can tor­paq­la­rı­nı Er­mə­nis­tan tək­ba­şı­na iş­ğal al­tın­da sax­la­ya bil­məz.
Er­mə­nis­tan­da av­to­ri­tar re­jim ha­ki­miy­yət­də ol­du­ğu üçün mü­xa­li­fət çox zə­if­dir. On­la­rı hə­rə­kə­tə gə­tir­mək üçün Qər­bin dəs­tə­yi la­zım­dır. Qər­bin özü sə­si­ni çı­xar­mır­sa, Er­mə­nis­ta­nın qərbpə­rəst mü­xa­li­fə­ti nə edə bi­lər ki?”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın