Ana səhifə / Cəmiyyət / Elnur Nağızadənin həbsdə olan qadın şərikinə fırıldaq gəldilər: nazirliyin işçisi qovuldu, vəkil isə…

Elnur Nağızadənin həbsdə olan qadın şərikinə fırıldaq gəldilər: nazirliyin işçisi qovuldu, vəkil isə…

Dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan qadına qarşı dələduzluq edilib. Həbsdə olan Sabrina Alxasovaya qarşı 31 min manatlıq dələduzluq edən şəxslərdən biri nazirlik əməkdaşı, biri isə vəkildir. S.Alxasova bu pulu həbs cəzasının azaldılması üçün həmin şəxslərə verib.

Bildirək ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanırdı. Elnur Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan edilib. TQDK-nın sabiq mətbuat katibi də vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir. Onun barəsində cinayət işi açılıb.

Əvvəlcə Sabrina Alxasovanın həbs edilməsinin səbəbi haqda

Hazırda həbsdə olan S.Alxasova onlarla vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilərək bir neçə il əvvəl həbs edilib. Alxasova vətəndaşlardan universitetə işə düəltmək, ayrı-ayrı ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək, həbsdə olan şəxslərin azad edilməsi, qızıl alveri və başqa yalanlarla külli miqdarda pul alıb. Barəsində edilən çoxsaylı şikayətlərdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşalrı tərəfindən saxlanılan S.Alxasova barəsində cinayət işi açıldı.

Alxasova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi hökmü ilə Alxasova 2013-cü ildə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
S.Alxasovanın əməllərindən zərərçəkən vətəndaşlar mətbuata açıqlamlarında bildirirdilər ki, bu işdə TQDK-nın sabiq mətbuat katibi Elnur Nağızadənin də adı keçir. Belə ki, S.Alxasova pul aldığı vətəndaşlara övladlarını TQDK imtahanından kənar olaraq ali məktəblərə tələbə kimi düzəldəcəyinə söz verib. O, bu işdə Elnur Nağızadənin ona kömək edəcəyini deyərək aldatmaq istədiyi şəxslərin etimadını qazanıb.
E.Nağızadənin adı isə hələ 2011-ci ildən dələduzluqda hallanırdı. Həmin ərəfədə də Nağızadənin bir neçə nəfərdən övladını ali məktəbə qəbul etdirəcəyi vədi ilə pul aldığı qeyd edilirdi. Elə bu məlumatlar yayılan ərəfədə- 2010-cu ildə S.Alxasovaya qarşı cinayət işi açılmışdı.

Elnur Nağızadə niyə ölkədən qaçdı?

Bildirək ki, E.Nağızadə ötən ilin əvvəllərində ölkəni tərk edib. Daha sonra onun barəsində axtarış elan olunub.

Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Elnur Nağızadənin barəsində cinayət işi açılıb və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

Hazırda Elnur Nağızadənin fotosu Nizami Rayon Polis idarəsinin qarşısına vurulan “Axtarışda olanlar”ın siyahısında yer alır.

29032017234820862_0 (1).jpeg (53 KB)

E.Nağızadə Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərovun hüquq-mühafizə orqanlarına verdikləri şikayət əsasında axtarışa verilib. Adı çəkilən şəxslər ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək üçün 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini iddia edirlər.

Sabrina Alxasova özü necə dələduzluğun qurbanı oldu?

Hazırda həbsdə olan S.Alxasova 7 il 6 aylıq cəzasının yüngülləşdirilməsi üçün Vəkillər Kollegiyasının üzvü olan Lətif Ağayev və Ədliyyə Nazirliyinin sabiq böyük inspektoruTahir Şəbiyevə külli miqdarda rüşvət verib. Alxasovaya qarşı dələduzluq edən bu şəxslərə ayrı-ayrılıqda cinayət işi açılıb.

Tahir Şəbiyevin cinayət işiüzrə məhkəmə prosesi də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Onun barəsində şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə T.Şəbiyevin Sabrina Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub. 31 min manatın bir hissəsini T.Şəbiyev alıbmış.

S.Alxasovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən vəkil Lətif Ağayev barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Dələduzluq və rüşvət almada təqsirləndirilən vəkil Lətif Ağayev Tahir Şəfiyevlə cinayət əlaqəsinə girərək S.Alxasovanı aldatmaqda təqsirli bilinir.

deleduztelebee.jpg (14 KB)

Bu iş üzrə zərərçəkmiş kimi S.Alxasovanın həyat yoldaşı Mehdi Süleymanov tanınıb. S.Alxasova isə iş üzrə şahid kimi dindirilib.
Zərərçəkmiş Mehdi Süleymanov məhkəmədə bildirib ki, həyat yoldaşı barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarıldıqdan sonra Tahir Şəbiyevlə tanış olub. Apellyasiya Məhkəməsində S.Alxasova barəsində çıxarılan hökmün azaldılması məqsədi ilə T.Şəbiyev M.Sülüyemanovdan 35 min manat istəyib.

Mehdi Süleymanovun dediyinə görə bu qədər pulu olmadığından aşağı məbləğə razılaşıblar: “Dedim ki, imkanım çatmır. Əvvəlcə 26 min düzəldib verdim. Daha sonra da 2200. Cəmi 31 min verdim. Ancaq Tahir məhkəməyə gəlmədi, heç bir kömək də etmədi. Sonra telefonları da açmadı. Uzun müddət keçəndən sonra Tahir telefonu açıb dedi ki, danışıqlarını dinləyirlər. Mənə Lətif Ağayevlə əlaqə saxlamağı məsləhət gördü. Dedi ki, Lətif bu işi görəcək”.

Məhkəmə gedişində məlum olub ki, Mehdi Süleymanov 31 min manatın 17 minini Lətif Ağayevə verib. Lətif Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını qaytarıb.

Məhkəmədə şahid qismində Sabrina Alxasova da dindirilib. O, Tahir Şəbiyevi necə tanıdıqlarını məhkəmədə danışıb: “Mən Kürdəxanıda həbsxanadayam. Orada olanda evlə telefonla danışırdım. Bu danışığımızı o zaman Ədliyyə Nazirliyinin böyük inspektoruolan Tahir də eşidirdi. Mənə dedi ki, işimin azldılmasına kömk edə bilər. Mən də bunu həyat yoldaşıma dedim. Ancaq pulu alsalar da heç bir kömək etmədilər”.
Məhkəmədə təqsirləndirilən Lətif Ağayev səsləndirilən ittihamların bir qismi ilə razı olmadığını və deyilən qədər məbləği almadığını öyləyib.
Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş M.Sülüeymanov deyib ki, ondan 31 min manatı alarkən pulun bir hissəsini Apellyasiya Məhkəməsində işə baxan hakimə veriləcəyi deyilib.

Qeyd edək ki, L.Ağyev cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayəttörətmə sövq etmə) maddələdri ilə təqsirli bilinir. (Musavat.com)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın