Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Elnur Baimov – nurçuların Azərbaycandakı yeni imamı rolunda

Elnur Baimov – nurçuların Azərbaycandakı yeni imamı rolunda

«Gülənçi»lərin yenidən dirçəlməsi üçün plan işə salınıb, Ziya Məmmədovun mediasına nəzarət edən Elnur Baimova yeni görəv verilib

Hələ bir xeyli əvvəl geniş müzakirələrə səbəb olan, ardından isə bir çox üzvləri işdən çıxarılan nurçuların Azərbaycanda yeni şəbəkələşməsi müşahidə olunmağa başlayıb. JAM.AZ xəbər verir ki, Elnur Aslanovun işdən çıxarılması ilə başlayan proses, sonradan digərlərini də əhatə etdi.

Ardından xeyli əvvəldən şəbəkələşmiş, ölkədə az qala ən mühüm postlara qədər sızmış nurçuların bir çoxu işdən çıxarıldı və ya başqa vəzifələrə keçirildi. Əslində, üzdə olanların bir çoxunun bu şəkildə cəzalandırılması hələ prosesin yekunu deyil. Daha doğrusu, Azərbaycandakı nurçu şəbəkəsi ehtiyatdakı «oyunçu»larını «meydana» buraxmağa başladı.

Son günlər adı daha çox hallananlar sırasında jurnalist Elnur Baimovun da adı var. JAM.AZ xəbər verir ki, Baimovun adının gündəmə gəlməsi səbəbsiz deyil. Belə ki, Mətbuat Şurasında belə təmsil olunan sözügedən şəxs vaxtı ilə Elnur Aslanovun ən yaxın silahdaşlarından biri olmaqla yanaşı, həm də onun nəzarətində olan mediyanın başında dayanırdı. Bir çox rusdilli və Azərbaycan dilli saytların başında duran Baimovun o dönəmlərdə nurçu şəbəkəsi üçün bəzi təbliğatlar aparması da diqqəti çəkmişdi.

Elnur Aslanovun «vurulmasından» sonra bir müddət kölgəyə çəkilən sözügedən şəxs gözlənilmədən revanj edərək, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında olan saytların başında görünməyə başladı. JAM.AZ xəbər verir ki, nazirə bağlı saytların başına keçən Baimovun niyə məhz bu komandanı seçməsi səbəbsiz hesab edilmir. İddia olunur ki, nurçular Nəqliyyat Nazirliyində də az deyil və nazir müavini Musa Pənahovun da «gülənçi»lərlə sıx bağlılığı var.

Yenə iddia edilir ki, hazırda Ziya Məmmədovun maraqlarını müdafiə edən saytların başında Elnur Baimovun durmasını təşkil etmək də məhz nazir müavininin istəkləri əsasında mümkün olub.

Amma son günlər belə bir informasiya da gündəmə gətirilib ki, işdən çıxarılan və xeyli gücdən salınan nurçular özlərini yenidən toparlamağa başlayıblar. JAM.AZ-a verilən məlumata görə, bu toparlanma ilk olaraq mətbuatdan başlayıb və «gülənçi»lərlə bağlı olanlar vahid komanda şəklində hərəkət etmək təlimatı alıb. Və işin ilginc tərəfi odur ki, bu prosesə Elnur Baimovun rəhbərlik etməsi tapşırığı verilib.

Onun zəiflədilmiş nurçu kontingentinin yeni lideri kimi təqdim edənlər də, bu prosesdə sadəcə, keçid dövrü üçün missiyanı üzərinə götürmüş fiqur olaraq xarakterizə edənlər də var. İndiki məqamda Elnur Baimovun görəv başına gətirilməsi nurçuların güclə bilmələrinə yardımçı ola bilər. Çünki bu şəxsin faktiki olaraq nəzarətində xeyli sayda saytlar var. Həmçinin sığındığı nazir də kiçik oliqarxlardan sayılmır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın