Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə…”

Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə…”

Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında qonaq olub. 

Musavat.com xəbər verir ki, ifaçı növbəti dəfə müzakirələrə səbəb olan açıqlama verib. E. Abdullayeva bu dəfə gəlin-qayınana münasibətlərindən danışıb:

 “Əgər görürsən ki, sən qayınananın sözünü “yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, şələ-küləni yığ, çıx, get evdən. Qayınananın sözünü “yeyə” bilmirsənsə… Gəlməmisən ki, mənim ocağımı dağıtmağa! Övladım, “yeyə” bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınata ilə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir”.  

Sənətçi sözlərinə görə  sosial şəbəkədə tənqid edilib. 

Qeyd edək ki, əməkdar artist qatıldığı bir çox verilişlərdə qalmaqallı fikirlər səsləndirib. Onun “Oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri müzakirələrə səbəb olmuşdu. Sənət adamları Abdullayevaya etirazını bildirmişdi.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …