Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Elmar Vəliyevin qardaşı danışdı: “İnsanlar buna sevinir…” – ŞOK AÇIQLAMA (Foto)

Elmar Vəliyevin qardaşı danışdı: “İnsanlar buna sevinir…” – ŞOK AÇIQLAMA (Foto)

“Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər.  Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.

Azinforum.az bildirir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.

 Saytımıza açıqlamasında Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.

“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …