Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Elmar Məmmədyarovun oğlu əcnəbi ilə evləndi – FOTOLAR

Elmar Məmmədyarovun oğlu əcnəbi ilə evləndi – FOTOLAR

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.
Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.
Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.
Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.
Onu da qeyd edək ki, Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.(Qafqazinfo)

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …