Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Elmar Məmmədyarovun atası vəfat etdi

Elmar Məmmədyarovun atası vəfat etdi

AMEA Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.
Bu barədə AMEA məlumat yayıb.
Qeyd edək ki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli alim 1970-ci ildə “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Görkəmli alim Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …