Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Elman Allahverdiyev Almaniyada gözlənilmədən müflis oldu

Elman Allahverdiyev Almaniyada gözlənilmədən müflis oldu

Alt Saksoniyadakı Bad Bevensen şəhərində Azərbaycan vətəndaşı Elman Allahverdiyevə məxsus olan məşhur “Kieferneck” mehmanxanası gözlənilmədən bağlanıb.

Keçən həftə mehmanxanada boş yer yox imiş. Amma buna və böyük populyarlığına baxmayaraq, administrasiya onun bağlandığını bəyan edib.

Mehmanxananın 20-dən çox işçisi indi faktiki olaraq küçədə qalıb. Onlar mehmanxananın sahib Elman Allahverdiyevi və obyekti idarə edən Əhməd əl Kassarı tapmağa çalışırlar, amma əbəs yerə. Səhər onlar bütün kirayənişinləri mehmanxanadan səbəbini izah etmədən çıxarmaq məcburiyyətində qalıblar.

Mehmanxana və restoranların yerli Assosiasiyasının sədri Yorq Zeerfeld də baş verənlərin səbəbini bilmir: “Mən bu haqda yalnız əməkdaşlardan öyrəndim. Mən bu məşhur mehmanxananın gözlənilmədən bağlanmasının səbəblərini bilmirəm. Əlbəttə, bu bütün region üçün neqativ faktdır”.

 

Yerli hakimiyyətin nümayəndəsi Herxard Kreytsin sözlərinə görə, mehmanxananın bağlanmasına görə şəhər 80 yataq yeri olan 51 nömrədən məhrum olub və bu, turizm sektoruna təsir edir.

NDR nəşrinin məlumatına görə, Alt Saksoniyada Elman Allahverdiyevin bir neçə mehmanxana və pansionatı var. Bir müddət əvvəl Azərbaycandan olan investor diabetin müalicəsi üzrə ixtisaslaşmış klinikanı da alıb. Amma son zamanlar biznesmen maliyyə çətinlikləri ilə üzləşib və öz əməkdaşlarının maaşlarını belə ödəyə bilməyib. Hazırda onun bütün obyektləri fəaliyyətini dayandırıb.

Nəşr də investordan hər hansı fikir öyrənməyə nail ola bilməyib.

Virtualaz.org

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …