Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Elektron sənədlərin qeydə alınması proseduru dəyişib

Elektron sənədlərin qeydə alınması proseduru dəyişib

Nazirlər Kabineti “Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, elektron sənədlərin qeydə alınması elektron və ya kağız-uçot jurnallarında aparılmalıdır.

Eyni zamanda elektron sənədlərin elektron jurnallarda qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməli idi.

Dəyişikliyə əsasən, elektron sənədlərin qeydə alınması artıq elektron və ya kağız-uçot jurnallarında deyil, elektron sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçiriləcək. Müvafiq olaraq elektron sənədlərin elektron sənəd dövriyyəsi sistemində qeydə alınması zamanı qeydə alınma məlumatlarının icazəsiz müdaxilələrdən mühafizəsi və təsadüfən məhv və ya təhrif edilməsinə yol verilməməsi təmin edilməlidir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …