Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Elektrik xəttinin altında aparılan tikinti dayandırıldı – Foto

Elektrik xəttinin altında aparılan tikinti dayandırıldı – Foto

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də “Youtube” kanalında rayon ərazisində vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu haqqında təqdim edilən videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən Yenisabah.az-a bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində,Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi zəbt olunmuş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılmışdır. “ Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş H.Abbasova tövsiyə edilib.

Eyni zamanda RİH-dən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunub.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …