Ana səhifə / Cəmiyyət / ELDAR SABİROĞLU VƏ HƏYAT YOLDAŞI  PREZİDENTƏ VƏ MEHRİBAN ƏLİYEVAYA  TƏŞƏKKÜR ETDİ

ELDAR SABİROĞLU VƏ HƏYAT YOLDAŞI  PREZİDENTƏ VƏ MEHRİBAN ƏLİYEVAYA  TƏŞƏKKÜR ETDİ

Bu gün barəsində olan həbs tədbiri  ev dustaqlığı ilə əvəz edilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Sultanovun valideynləri – Eldar Sabiroğlu və Tahirə Səfərova ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayaraq, oğullarının azadlığa buraxılmasından məmnun olduqlarını bildiriblər. Valideynlər eyni zamanda, hər iki şəxsə böyük minnətdarlıqlarını ifadə ediblər. Azinforum.az həmin müraciəti təqdim edir:

“Oğlumuz Rüfət Səfərovun məlum işi ilə əlaqədar çox üzüntü keçirdik. Ailəmizin həyacan və əzabını sözlə ifadə etmək çətindir. Allah kimsəyə, heç bir valideynə belə ağır günü göstərməsin. Ancaq yenə ümidlə yaşayırdıq.
Möhtərəm prezident! Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız. Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayış etdirdiyiniz rəhmidilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik.

Sonsuz inamla qeyd etmək istərdik ki, bundan sonra da bu cür xeyrxahlığınız gözləri yolda qalan ata-analarımızı sevindirəcək və ailələrə xosbəxtlik nəsib edəcəkdir. İnsanın hiss və duyğulardan kənar yaşamasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu mənada Rüfətin yanına -1 N Bakı istintaq təcridxanasına gedərkən qapı ağzında toplaşmış kədər və qussədolu gözlərə baxmaq, pəncərədən boylanan həbsxana “sakinlərinin” həsrətli baxışlarını görmək bir sızıltı kimi içimizi göynətdi. Daxili bir inam bizdə əminlik yaradır ki, Rüfəti azad dünyaya çıxardığınız kimi həmin təcdirxana qarşısında gözü yaşla dolu olan ana və bacılarımıza da bizə bəxş etdiyiniz sevinci onlara da qismət edəcəksiniz.
Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkur və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın