Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Eldar Sabiroğlu mərhum dostu Cabir Novruzu belə xatırladı…

Eldar Sabiroğlu mərhum dostu Cabir Novruzu belə xatırladı…

Bilmirəm pisdi-yaxşıdı, qəribə bir xüsusiyyətə sahibəm. Hərdən dünyasını dəyişmiş dostlar, dərin hörmət bəslədiyim insanlar gəlib yadıma düşür. İnanın aləmim dəyişir, unudulmayan görüşlər, yaddan çıxmayan şirin və kədərli söhbətlər kino lenti gözlərim önündə canlanır. Arğısız keçmir keçmişin xatirələri, həm də yaman kövrəlirəm. Bu mənada iki gündür ki, Azərbaycanın xalq şairi Cabir Novruzla bağlı xatirələrim məni dinc buraxmır. Onunla münasibətlərim, yaxından tanışlığım deputat olduğumuz illərdən başlamışdı.

Çox zərif ürəyə, geniş qəlbə, özgə dərdinə əlac edə bilməsə də, içinə salıb onunla yaşayan şəxsiyyət idi. Bəzən olurdu ki, MM-dən sonra çıxıb gedərdik dəniz kənarına hər gün demək olar ki, imkansız adamlar az qala Milli Məclisin kandarında dayanıb gündəlik çörək pulu üçün əl açardılar. O zaman vəziyyət cətin idi. Adamlar sanki öyrəşmişdilər Cabir müəllimə. Günlərin birində də qapıdan çıxarkən 3 nəfər necə şığıdısa şairin üzərinə bir anlığa təəccüblə üzümə baxdı. Eldar, dedi, cibimdə xırda yoxdur. Əlacsız əlini qoltuq cibinə salıb bir 50-lik çıxardı və qadınlardan birinə verdi, mən sənə inanıram, mağazalardan birində xırdalayın və ədalətli bölüşdürün. Bu sözünə güldüm və dedim ki, Cabir müəllim, son cümlən lap zəhmətkeşlər qarşısında çıxışa bənzədi. Özü ağır günlər keçirdiyindən, başqasının dərdini gözəl duyur və imkan daxilində köməyini əsirgəməzdi.

Mən onu belə tanıdım. Mərdlik, xeyirxahlıq, ədalətlilik prinsipləri onun təbiətindən gəlirdi. İnsanlara yalnız və yalnız gözəl günlər, işıqlı həyat arzuları ilə yaşayardı. Görünür, çəkdiyi kədər və qüssəli həyat, üç oğul balasını çox gənc ikən itirən atanı başqa kədərləri də özününkü kimi qəbul etməyə sövq etmişdir. Oğlunun biri avtoqəza nəticəsində həlak olmuş, ikisi isə ürək infarktından vəfat etmişlər. 5 il bərabər bir yerdə siyasət apardıq, mən görmədim ki, kiminsə qəlbinə dəyəcək bir hərəkət etsin. Lakin kiçik oğlunun yas mərasiminə təkəm-seyrək yazıçı-şairlərin gəlişini görəndə məni dəhşət bürüdü. Hərə 3 m. kəfənlə bu dünyadan gedəcək. Odur ki,” SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA!!!”

Eldar SABİROĞLU,

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …