Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovun yoxluğu iş adamı İman Quliyevi yenidən dirçəldib

Eldar Mahmudovun yoxluğu iş adamı İman Quliyevi yenidən dirçəldib

Böyük biznes layihələrini yenidən dirçəldən maqnat nazir qohumlarının imkanlarından maksimum faydalanmağa başlayıb

Tanınmış iş adamı, “Romanc” Palas şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibi olan İman Quliyev hazırda daha bir neçə böyük tikinti layihələri üzərində işləyir.

Bu haqda iş adamına yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, İman Quliyev Bakı şəhərinin Zığ qəsəbəsində 150 min kv sahəsi olan Yaşayış kompleksi inşa etdirir. İş adamının çevrəsindən musavat.com-a daxil olan məlumatda deyilir ki, onun tikdirdiyi binalardan ev almaq üçün 15-20 faiz ödəniş etmək kifayətdir. Sonrakı məbləği faizsiz, banksiz ödəniş etmək olar.

Məlumatda həmçinin bildirilir ki, İ.Quliyev Ukraynanın paytaxt şəhəri olan Kiyevdə də böyük tikinti başladıb. O, Kiyevdə 75 bloklu yaşayış kompleksi inşa etdirir. Məlumatlı mənbə həmçinin deyib ki, iş adamı Ukraynanın Lvov şəhərində 22 girişdən ibarət yaşayış kompleksinin inşası ilə məşğuldur.

İman Quliyev haqda bir müddət öncə xəbər yayılmışdı ki, sıxışdırılır, biznesinə təhdidlər var. Məlumatlı mənbənin bildirdiyinə görə, iki tanınmış nazirlə qohumluq əlaqələri olan iş adamı bu cür sıxıntıdan qurtarmağın yollarını tapıb. O, hazırda öz fəaliyyətini məşhur generallardan birinin çətiri altında davam  etdirir.

Xatırladaq ki, bir müddət əvvəl İman Quliyevin biznesinin sıxışdırıldığı haqda mətbuatda məlumat yayılmışdı. Onun bütün tikinti və ticarət biznesinin çökdürüldüyü deyilirdi. Bunun əsasən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin o vaxtkı rəhbərliyinin basqısı nəticəsində baş verdiyi deyilirdi. Görünür, Eldar Mahmudov işdən çıxarıldıqdan və MTN çetesi zərərsizləşdirildikdən sonra İman Quliyevin imkanları genişlənib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın