Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / ELDAR MAHMUDOVUN ATASININ  ŞƏRURDAKI BÜSTÜNÜN GÖTÜRÜLMƏSİ XƏBƏRİ YALAN ÇIXDI

ELDAR MAHMUDOVUN ATASININ  ŞƏRURDAKI BÜSTÜNÜN GÖTÜRÜLMƏSİ XƏBƏRİ YALAN ÇIXDI

Dünən ölkənin əksər KİV-ləri  Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidəsinin sökülməsi barədə məlumat yayıb. İlkin qaynaq kimi Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyevin  sosial şəbəkədə yazdığı statusa istinad olunub.

Azinforum.az Şərur rayonunda yaşayan bir neçə məlumatlı şəxslə məsələni dəqiqləşdirib. Məlum olub ki,  Əhməd Mahmudovun heykəlinin sökülməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. Qeyd edək ki, həmin  büst sovet dövründə fəaliyyət göstərən peşə məktəbinin önündə qoyulub. Sonradan həmin məktəbin binasında ölkədəki  ilk türk liseylərindən biri fəaliyyətə başlayıb. Bina istismar müddətini başa vurduğu üçün, hazırda ona yaxın bir yerdə lisey üçün yeni bina tikilir. Köhnə bina isə hələ Eldar Mahmudovun vəzifədə işlədiyi vaxtdan  fəaliyyətini dayandırıb. Ola bilər ki, binanın ətrafında aparılan təmir işləri belə yalnış məlumatın yayılmasına rəvac verib.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın