Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovun atası kimdir?

Eldar Mahmudovun atası kimdir?

MTN-nin sabiq naziri Eldar Mahmudovun ətrafında cərəyan edən hadisələr onun atasının adını da gündəmə gətirmiş oldu. Şərur rayonunda MTN-in sabiq şefinin atasının xatirəsinə ucaldılan büstün sökülməsinə dair ziddiyətli informasiyalar yayıldı. Azinforum.az yerli sakinlərlə apardığı araşdırmadan sonra müəyyən etdi ki, həmin büstün ətrafında təmir işləri aparılsa da, xatirə abidəsinə toxunulmayıb. Mövzuya olan marağı nəzərə alaraq, Eldar Mahmudovun atasının kimliyi barədə məlumat vermək qərarına gəldik.

Mahmudov Əhməd Əkbər oğlu 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1950-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universiteti uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin aspiranturasını bitirib. 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1976-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləyib. AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın