Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovu nişan verən milyardlar

Eldar Mahmudovu nişan verən milyardlar

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq sədri Cahangir Hacıyevin ölkədən çıxardığı milyardlarla manatın taleyi hələ də müəmmalıdır.

Vəsaitin geri qaytarılmaması müxtəlif səbəblərlə izah olunur. Bu günlərdə keçmiş bankirin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı mediaya maraqlı xəbərlər çıxdı. Məlum olub ki, o,

Azərbaycandan qanunsuz olaraq çıxarılan pulları Londonda xərcləməklə məşğuldur. Belə ki, Azərbaycanda axtarışa verilən 55 yaşlı Zamirə Hacıyeva İngiltərənin yeni anti-korrupsiya qanununun ilk hədəfinə çevrilib və onun barəsində istintaq başladılıb.

Məlum olub ki, keçmiş bankirin arvadı 10 il ərzində Harrodsda 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin evinə yaxın ərazidə dükan və qolf meydançası alıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, 55 milyon funt sterlinq varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb. Hazırda London məhkəməsi xərclənən pulların mənbəyini axtarır. Zamirə Hacıyeva, BMCİ-yə (İngiltərə Anti- Korrupsiya Araşdırma Qurumu) var-dövlətinin qaynağını göstərməsə, qurum onun mülklərini əlindən ala bilmək üçün Ali Məhkəməyə müraciət edəcək. Yəni, Azərbaycan dövlətindən oğurlanan milyardlar Londonda müsadirə oluna bilər. Müsadirə olunduqdan sonra həmin vəsaitlərin taleyi necə olacaq, bu hələlik qaranlıq məqamdır. Amma vəsaitin Azərbaycana qaytarılması ehtimalı da var.

Cahangir Hacıyev isə hazırda həbsdədir və o, oğurladığı dövlət vəsaitini qaytarmaq niyyətində deyil. Hələ C.Hacıyevin istintaqı müddətində ölkədən çıxarılan milyardlarla manatın geri qaytarılması məsələsi gündəmə gəlmişdi. Amma yəqin ki, keçmiş bankir oğurladığı milyardları qaytarmaqdan imtina edib. Sözügedən vəsaitlərin ofşor zonalara yerləşdirilməsi vəsaitlərin geri qaytarılmasını mümkünsüz edir. Ofşor zonalarda olan vəsaitlərin qaynağı göstərilmədiyi üçün dövlətlər bu cür məsələlərdə addım ata bilmirlər.

C.Hacıyevin bu qədər vəsaiti ölkədən çıxarmaq üçün zamanında ciddi dəstək aldığı da istisna deyil. Nəzərə alsaq ki, keçmiş bankir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır, bu işdəki dəsətyin mənbəyini çox da uzaqda axtarmaq lazım gəlmir. İddia olunur ki, bu gün də C.Hacıyevin pulları qaytarmamasının əsası səbəbi qudasının razılığını ala bilməməsidir. Eldar Mahmudov ölkənin təhlükəsizliyinə məsul olduğu zaman gördüyü işlərlə əslində özünün sonrakı həyatının “təhlükəsizliyini” təmin etməyə çalışıb və beləliklə, məsul olduğu işi-dövlətin təhlükəsizliyini arxa plana keçirib. Buna zamanı və enerjisi qalmayıb. Təsadüfi deyil ki, hər dəfə Eldar Mahmudovun həbs olunma məsələsi gündəmə gələndə ictimaiyyətə fərqli məlumatlar sızdırılır. Məsələn, iddia olunurdu ki, sabiq “MTN şefi”nin əlində yüksək vəzifəli məmurlara, tanınmış şəxslərə aid 2800 ədəd pornokaset var. Bu məlumat ictimailəşəndə artıq Eldar Mahmudovun həbs olunacağı bildirilir, hətta ekspertlər bunu əminliklə deyirdilər. Nəticədə isə gözlənilənlər baş vermədi, Eldar Mahmudov hələ də azadlıqdadır.

 

Cahangir Hacıyevin ölkədən çıxardığı milyardlara da bu prizmadan yanaşmaq lazımdır. İstisna deyil ki, Eldar Mahmudov qudasının oğurladığı vəsaitləri qaytarmağa razılıq vermir və bununla növbəti həbs təhlükəsindən yayınmaq istəyir. Buna nə qədər nail olub-olmayacağını isə zaman göstərəcək. Ekspertlər hesab edirlər ki, oğurlanan pulu Cahangir Hacıyev özü qaytarmasa, həmin vəsaitlərin geri gətirilməsi mümkünsüzdür. Çünki ofşor zonalarda olan vəsaitləri geri qaytarmağı mümkün edən mexanizm yoxdur. Oğurlanan milyardlar isə təkcə Azərbaycan Beynəlxalq Bankına deyil, ölkənin bütün iqtisadiyyatına ağır zərbə vurub. Azərbaycan Beynəlxalq Bankı dövlət bankı olduğu üçün bu, həm də dövlər büdcəsinə əlavə yük deməkdir. Dövlət bu pulu Cahangir Hacıyevdən alsa da,  almasa da həmin vəsaiti ödəmək məcburiyyətindədir. Bütün bu qanunsuz əməllərin məntiqi nəticəsi kimi Cahangir Hacıyev 15 il müddətinə həbs olunsa da, Eldar Mahmudov hələ azadlıqdadır.  (Cebhe.info)

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …