Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Eldar Əzizov məni dəlixanaya saldırıb susdurmaq istəyir” – Şikayət

“Eldar Əzizov məni dəlixanaya saldırıb susdurmaq istəyir” – Şikayət

Sumqayıt sakini icra başçısının onu zorla dəlixanaya saldırmaq istədiyini iddia edib.

Anar Süleymanov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, şəhərdə ağacların kəsilməsinə qarşı mübarizə apardığı üçün icra başçısı Eldar Əzizov tərəfindən polis vasitəsilə ona təzyiqlər edilib: “Mən Sumqayıt Dövlət Dram Teatrının işçisiyəm. Mayın 18-də saat təxminən 14:30-da evimizə iki nəfər polis işçisi gələrək, 1-ci polis bölməsinin rəisinin məni görmək istəyir adı ilə bölməyə gətirdilər. Bölmənin həyətinə daxil olanda, şəxsiyyət vəsiqəmi aldılar və 5-6 polis əhatə edərək heç bir izah vermədən və hər hansı bir sənəd təqdim eləmədən dedilər ki, mən Ruhi-Əsəb Dispanserinə getməliyəm və şəxsiyyət vəsiqəmi ora çatanda alacağam. Bu da Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi ilə mənə qarşı olan təzyiqlərin tərkib hissəsidir. Çünki mən Sumqayıt icra başçısını şəhərdə ağacların kütləvi kəsilməsinə görə məhkəməyə vermişəm və mətbuata bununla bağlı müraciət etmişəm.

Mən onlara etirazımı bildirdim və izah elədim ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi məni qanunsuz və əsassız olaraq Ruhi-Əsəb dispanserinə gondəriş verib. Guya mən H.X.Ç.D.X-nin Sumqayıt İdarəsində  olarkən həkimlərə “baş ağrılarımdan, yuxusuzluğumdan, beynimə hansısa siqnalların gəlməsi” barədə şikayət etmişəm. Halbuki, mən komissiyadan keçərkən bu cür sözlər heç vaxt deməmişəm və əvvəllər bu xəstəliklərlə bağlı nə şikayətim olub, nə də müayinə olunmuşam.

Sonra məni 11-ci  mikrorayonun müfəttişinə məxsus olan maşına 3 nəfər polislə birlikdə otuzduraraq  Maştağa qəsəbəsində  yerləşən  Ruhi-Əsəb Dispanserinə apardılar. Ora çatanda mənə dedilər ki, məni Sumqayıt prokurorluğunun təqdimatı və prokurorun böyük köməkçisi Sərxan Bəxtiyarovun iştraki ilə aparılan məhkəmənin qərarı ilə gətirilmişəm.

Amma məni Psixi-Ekspertiza adlanan qapalı, cinayətkarların saxlanıldığı türməyə saldılar. Psixi-Ekspertizaya məni  mayın 18-də, təxminən saat 16:00-da təhvil verdilər. Ayın 19-da Psixi-Ekspertizada komissiya oldu. Orda mən qanunla 21 gün qalmalıydım, amma komissiyadan sonra naməlum səbəblərə görə mən ordan azad olunub Ruhi-Əsəb Dispanserinə köçurüldüm. Orda da məni komissiyadan keçirdilər və məni əqli cəhətdən tam sağlam adam kimi təsdiq etdilər, mayın 20-də evə buraxdılar”.

A.Süleymanov bildirib ki, onu Psixi-Ekspertiza və Ruhi-Əsəb Dispanserinə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Ezizovun sifarişi ilə aparıblar: “O elə düşünür ki, bununla məni susdura bilər. Bu hadisələrlə bağlı artıq Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və məhkəməyə müraciət etmişəm”.

 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın