Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Eldar Əzizov: “Mən Sumqayıtda vəzifəmi icra edirəm“

Eldar Əzizov: “Mən Sumqayıtda vəzifəmi icra edirəm“

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işdən çıxarılması və yeni təyinat alması ilə bağlı yazılanlara aydınlıq gətrib. PİA.AZ-a açıqlama verən icra başçısı hazırda kabinetində olducunu və vəzifəsini icra etdiyini bildirib:

“Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur”.

Qeyd edək ki, dünən adının çəkilməsini istəməyən mənbə  bir çox saytlara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi barədə xəbər ötürmüşdü. Xəbərdə bildirilirdi ki, Eldar Əzizov vəzifəsindən azad olunaraq, Bakının Nizami rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın