Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Elə sürərəm ki, hamınız qırılarsınız” – Bakıda avtobusda RƏZALƏT + VİDEO

“Elə sürərəm ki, hamınız qırılarsınız” – Bakıda avtobusda RƏZALƏT + VİDEO

49 saylı marşrut sürücüsünün sərnişinlərlə kobud rəftarı və avtobusu yüksək sürətlə idarə etməsi ilə bağlı yayılan görüntülər araşdırılır.

Azinforum.az  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib.

O bildirib ki, məsələ ilə bağlı mətbuata ətraflı açıqlama veriləcək.

Qeyd edək ki, dünən 49 saylı marşrutun sürücüsü avtomobili sürətlə idarə etdiyi zaman sərnişin qadın yıxılıb. Ayağını zədələyən qadın yaxınlarına zəng edərək, avtobusda yıxıldığını bildirdiyi halda, sürücü avtobusu sürətlə idarə etməyə davam edib. Digər sərnişinlərin iradına isə sürücü, “Elə sürərəm, hamınız qırılarsınız, ona görə də sakit dayanın” deyə cavab verib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …