Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı “Stop” verilişində deyib.

Aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırmayıb və bunları deyib. Bəşirqızı “Niyə bir övladla kifayətləndiniz” sualına belə cavab verib:

“Taleh yazımdır, belə oldu. Şəxsi həyatdan danışmağı xoşlamıram. Ailəm və hisslərim toxunulmazdır. Ailəm, yoldaşım və nəvələrim haqqında danışmağı xoşlamıram. Ailə sənətdən, hər şeydən önəmlidir. Əgər sənəti sevirsənsə, onu ailə ilə birlikdə yaşatmağı bacarmalısan”.

A.Bəşirqızı yeni çəkilən filmləri bəyənmədiyini deyib:

“Bəzən razı oluram, bəzən yox. Amma çox az vaxtlarda razı qalıram. Heç kim heç kimin qapısını döyüb, 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. O, fanatdır. Kim gəlib 255 manata aktyor işləyər? Onun təşəkkürünü müəyyən vaxt keçəndən sonra xalq və dövlət verir. Deyirlər, aktrisaların xınayaxdılara getməsinə? Onları mühakimə edə bilmərəm. Gedib ona çörək pulu vermirəm.
Evdə ağıllı qadının sözü keçər. Mən evdə sözü keçən qadını bir dəqiqə də saxlamaram. Heç eləsini almaram da. Yoldaşım məndən qat-qat çox qazanır”.