Ana səhifə / Cəmiyyət / Ekspertdən yeni tədris ili ilə bağlı təklif: Erkən başlasın

Ekspertdən yeni tədris ili ilə bağlı təklif: Erkən başlasın

“2021-ci ilin sentyabrında tədrisin daha erkən başlaması zərurudir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun fikrincə, avqustun 30-dan sonra məktəblərin başlanması haqqında qərar vermək olar: 

“Qardaş Türkiyədə belə dərslər sentyabrın 6-dan sonra başlayacaq. Nəzərə alsaq ki, 2020-ci ilin mart ayından şagirdlər üçün tədris prosesinin formatı dəyişib. Eyni zamanda tədris prosesində mütəmadi olaraq fasilələr olub. Bütün bunlar şagirdlərin zəruri bilik əldə etməsinə mənfi təsir göstərir. Düzdür, Təhsil Nazirliyi yaranmış boşluqların aradan qaldırılması üçün 2021-ci ilin iyun ayında yay məktəblərini təşkil etdi, amma burada şagirdlərin 35%-i iştirak etdi. Bu da olduqca aşağı rəqəmdir. Yay məktəblərində şagirdlərin az iştirak etməsinin səbəbi hava şəraiti ilə əlaqədardır. Sentyabrın 1-dən etibarən tədrisin başlaması məcburi xarakter daşıyacaq”.
Kamran Əsədov qeyd edib ki, 15 gün ərzində şagirdlərə pandemiya dövründə keçirilməyən, yaxud da zəif keçirilən,  şagirdlər tərəfindən zəif mənimsənilən mövzuları öyrətməliyik:
“Çünki yay məktəbində iştirak edən şagirdlərin sayının azlığı qeyd edilən problemi aradan qaldırmağa tam olaraq imkan vermədi. Orta məktəblərdə balans ciddi şəkildə pozuldu. Hesab edirəm ki, müəyyən qədər balans yaratmaq üçün biz tədrisi sentyabrın 1-dən başlamalıyıq”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …