“Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun
artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün
saymıram”.
Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
O,
xatırladıb ki, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər
üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva
edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:
“Bunlar
texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və
fərdi sahibkarlara həvalə edilməsi, texniki baxışın hüquqi şəxslər və
fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması
və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi, texniki baxışı həyata
keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının
hazırlanması və bütövlükdə bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsindən ibarətdir. Qeyd olunan işlər 2021-ci ilin
sonunadək bitməlidir. Düşünürəm ki, proqramda nəzərdə tutulan
sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə
nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın
texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır.
Rüsumların az və ya çox olması məsələsinəyalnız bundan sonra – texniki
baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər”.
Ekspert
Milli Məclisin deputatlarından xahiş edib ki, rüsumların artırılması
ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət
Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını
təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə
təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə
etsinlər.
Həmçinin oxuyun
Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO
Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …