Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / EKSPERT BAKIDA QAZIN OLMAMASINI BELƏ ŞƏRH ETDİ – SOCAR  niyə “vintili ” hərlətmir?

EKSPERT BAKIDA QAZIN OLMAMASINI BELƏ ŞƏRH ETDİ – SOCAR  niyə “vintili ” hərlətmir?

Enerji məsələləri üzrə ekspert İlham Şaban  Bakı şəhərinə təbii qazın verilməsində yaşanan narazılığa aydınlıq gətirib. Azinforum.az İlham Şabanın bu xüsusda olan qeydini təqdim edir:

“Evdə kombi yanmır. Çünki qazın təzyiqi buna imkan vermir. Niyə aşağı təzyiqdədir? Sadə bir izahı var: əslində bu gün həm SOCAR-ın Neft və Qaz Çıxarma İdarələrindən, həm AÇG, həm də Şahdənizdən ölkənin daxili bazarı üçün alınan qaz yetərincədir. Sadəcə, bu qaz həcmlərinin yarısı verilir energetiklərə ki, onu işığa çevirsinlər, sutkalıq 15-16 mln m3 qaz da vurulur yeraltı qaz anbarlarına ki, qışda problemsiz qaz təminatını ölkə həll edə bilsin və yerdə qalan hissə daxili bazarın ehtiyaclarının ödənilməsinə sərf edilir. Temperatur düşəndə təbii ki, qaz sərfiyyatı artır: kimi qaz plitəsini daim birləşdirir, kimi elektrik qızdırıcılarını (bu da son nəticədə istilik elektrik stansiyalarında qaz sərfiyyatını artırır), kimi də kombini. Ancaq “VİNTİL” cəmi loru dildə desək 1 “oborot ” açılıb şəhərimizə və ya qəsəbəmizə. Hələ qış rejiminə keçid baş verməyib. Ona görə də paylaşanda şəbəkədə qaz sadəcə zəif gəlir – bu obyektiv bir səbəbdir.
Sual 2. SOCAR niyə “Vintili ” hərlətmir və qazı daha çox vermir? Maraqlı və düşündürücü sualdır. Ancaq sualın cavabı heç də birbaşa SOCAR-lıq deyil…Ortada maliyyəyə söykənən məsələlər də var. İndi keçək birbaşa cavaba. Əgər SOCAR hazırda ölkə daxili bazara tam tələbata uyğun qaz versə, onda gərək yeraltı qaz anbarlarına yetərincə mavi yanacaq vurmaya. Deməli, qışda həm əhali, həm də sənaye daha böyük qaz qıtlığı ilə üzləşmək təhlükəsi ilə qala bilər.
Bu proses adətən oktyabrın sonuna qədər davam edir, yəni düz 2 həftə qalıb. 3 gündən sonra isə hava şəraitinin normallaşması baş verəcək, havanın temperaturunun 16 dərəcəyədək istiləşməsi proqnoz edilir. Demək, payızda baş verən müvəqqəti bir çətinlikdir. Bunu mən cəmiyyətin hökumətə dəstəyi kimi qiymətləndirərdim: öz “istiliyindən” kəsib hökumətə PAY edir ki, hökumət BORCA gedib başqalarında valyuta ilə QAZ almasın.
Ümumiyyərlə, vətəndaşın hökumətin dadına çatması yaxşı haldır. Hökumət də gərək vətəndaşların bu addımını qiymətləndirə…”

Azinforum.az

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın