Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Ekolologiyanı pozanlar cərimələnib

Ekolologiyanı pozanlar cərimələnib

Sentyabrın 16-dan 30-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Departamentdən verilən məlumata əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 49 iş üzrə 31350 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 78005,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 168 iş üzrə 32381,9 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 40, icra qurumlarına 19, məhkəmələrə isə 2 iş göndərilib.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …