Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Dünyaca məşhur brendin Bakıda filialı açıldı (FOTOLAR)

Dünyaca məşhur brendin Bakıda filialı açıldı (FOTOLAR)

Dekabrın 4-də Bakıda dünyaca məşhur supermarketlər şəbəkəsi olan SPAR-ın təntənəli açılış mərasimi baş tutub. Açılışda SPAR-ın Azərbaycanda rəsmi tərəfdaşı olan ARAZ supermarketlər şəbəkəsinin rəhbərliyi, media nümayəndələri, eləcə də paytaxt sakinləri iştirak ediblər.
Açılışdan öncə SPAR rəsmiləri və media nümayəndələrinin birgə iştirakı ilə brifinq təşkil olunub. Burada supermarket haqqında jurnalistlərə qısa məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra SPAR Azərbaycanın rəsmi açılış mərasimi başlayıb.

v4

Qonaqlara SPAR haqqında qısa məlumat verildikdən sonra söz AZRETAİL MMC-nin direktoru Vüsal Şərifova verilib. Qurum rəsmisi hər kəsi salamlayaraq belə bir dünya markasının Azərbaycanda fəaliyyətə başlamsını böyük uğur hesab etdiyini bildirib və SPAR-ın Bakıda açılmasını ölkədəki əlverişli iqtisadi mühitin olması, sahibkarlığın inkişafı ilə əlaqələndirib.
Tədbirin bədii hissəsindən sonra SPAR İnternational və ARAZ supermarketlər şəbəkəsinin rəsmiləri açılışı bildirən qırmızı lenti kəsiblər.

v1
Qeyd edək ki, SPAR supermarketi Bakının ən gediş-gəlişli, insanların sıx məskunlaşdığı ərazilərindən biri, daha dəqiq desək 3-cü mkr, Cavadxan küçəsi, 3005-ci məhəllədə fəaliyyətə başlayıb. Yerləşdiyi məkana görə müştərilərinə rahatlıq bəxş edəcək SPAR mağazasının qarşısında geniş avtoparkın olmasını da üstün cəhətlərdən biri hesab etmək olar. Bu məkanda dünyanın ən məşhur brendlərinin məhsulları ilə yanaşı müxtəlif ölkələrin milli kulinariyasının hazır yeməkləri də müştərilərə təqdim ediləcək.

Xatırladaq ki, SPAR 1932-ci ildə Hollandiyada Adrian Van Vell tərəfindən təsis edilib. İlk dəfə “DESPAR” adi ilə fəaliyyətə başlayıb və 1940-cı ildə bu ad qısaldılaraq SPAR olub.
“SPAR” sözü holland dilində şam ağacı deməkdir və bu ağac brendin rəmzi sayılır. SPAR konsepsiyası 1947-ci ildə Hollandiya xaricində yayılmağa başladı və ikinci filial Belçikada açıldı. 1950-ci ildə SPAR tez bir zamanda bütün Avropaya yayıldı. 1953-cü ildə SPAR İnternational şirkəti yaradılmışdır və ilk prezidenti Adrian Van Vell olmuşdur.

v2
SPAR 1955-ci ildə Hollandiyada ilk Beynəlxalq konqresə ev sahibliyi etmişdir. Artıq 1959-cu ildə SPAR ailəsi topdan və pərakəndə satış üzrə 9 ölkədə müştərilərinə xidmət edirdi.
Növbəti 20 ildə isə SPAR daha da böyüyərək Afrika və Asiya qitələrində fəaliyyətə başladı. Həmin vaxt SPAR ailəsi 14 ölkədə təmsil olunurdu. 1963-cü ildə Cənubi Afrika və 1977-ci ildə Yaponiyada Spar istifadəyə verildi. Daim inkişafda olan SPAR 1968-ci ildə yeni logosonu təqdim etdi.
İldən ilə inkişaf edərək böyüyən şəbəkə 1980-1999-cu illərdə daha 7 ölkədə əhatə dairəsini genişləndirdi. Bununla da SPAR 21 ölkədə mağazalarını açdı. 2000-ci ildən etibarən sözügedən şirkət Orta və Şərqi Avropa, Afrika ilə yanaşı Rusiya, Hindistan və Çində də müştərilərinin rəğbətini qazandı.

v3
Hazırda SPAR 4 qitə, 40 ölkədə 12300-dən artıq mağazada 200 min əməkdaşla 13 mln. müştəriyə xidmət göstərir. SPAR-ın 2014-cü ilə olan illik dövriyyəsi 31,9 mlrd. avro təşkil edib.

v5

v6

v7

v8

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın