Ana səhifə / Cəmiyyət / Dunya Miyatoviç: “Azərbaycanda jurnalistlərin təhlükəsizliyi təmin edilməyib”

Dunya Miyatoviç: “Azərbaycanda jurnalistlərin təhlükəsizliyi təmin edilməyib”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevin ölümünü pisləyib.

“Turan”ın məlumatına görə, o, Azərbaycan prezidentinə məktubunda ölkədə media sahəsində vəziyyətin pisləşdiyini qeyd edib və onu mətbuatın təhlükəsizliyini təmin etməyə çağırıb.

D.Miyatoviç xatırladıb ki, jurnalistlərə qarşı təhlükələr və həbs məsələsini dəfələrlə qaldırıb. “Təəssüflə deməliyəm ki, bu istiqamətdə heç bir iş aparılmır”, – o yazıb.

“Rasim Əliyevin faciəli ölümü bizim üçün öyud-nəsihət olmalıdır ki, nəsə etmək lazımdır”, – o qeyd edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın