Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Duman Bakı aeroportuna necə təsir edib?

Duman Bakı aeroportuna necə təsir edib?

Bakıda dekabrın 3-də səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Azinforum.az xəbər verir ki, bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.

“Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hər hansı reysin ləğv olunması barədə hələlik məlumat yoxdur”, – deyə hava limanında bildiriblər.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …