Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / DTX-nın reket mətbuata qarşı əməliyyatlarının pərdəarxası

DTX-nın reket mətbuata qarşı əməliyyatlarının pərdəarxası

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər reket nəşrlər və sayt rəhbərlərinin həbsinə başlaması ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Eldar Mahmudovun işdən qovulmasından 1 il  sonraya təsadüf edən bu həbslər ləğv olunmuş MTN şəbəkəsinin mediada “kökünün” qazınması hesab olunur.
“Yeni Müsavat”a mötəbər qaynaqlardan məlum olub ki, proses, o cümlədən də  reket jurnalistlərin ifşası və həbsi  davam etdiriləcək. Xəbər verildiyi kimi, “Bizim dövr” qəzetinin (həm də eyniadlı saytın) rəhbəri Surxay Əliyev, “Gündəlik Bakı” qəzetinin (həm də eyni adlı saytın)  baş redaktoru Habil Vəliyev xüsusi əməliyyat zamanı saxlanılıb. DTX-nin yaydığı  rəsmi məlumata görə,  qabaqcadan əlbir olan bir qrup şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaqla  şantajda, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etməkdə, eləcə də  müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan “haqq” almaqda suçlanırlar. Məhkəmə artıq hər iki şəxs barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumatlara görə, bu şəxslərə əməllərinə dəstək vermiş ayrı-ayrı adamlar, o cümlədən şantajçı qadınlar da saxlanılıb. “MTN çetesi”nin ifşasından sonra bu quruma bağlı olan medianın da adı mətbuatda tez-tez hallanırdı. Onların fəaliyyətini hələ də davam etdirməsi bəzi suallar da yaratmışdı. İddia olunurdu ki, bu şəbəkə indi də başqa bir dövlət orqanının və ya ayrı-ayrı məmurların himayəsində fəaliyyət göstərə bilər.
Image result for Reket jurnalist
Bildirilir ki, DTX artıq bir neçə ay imiş ki, “MTN çetesi”nin “son qalaları”nı xüsusi nəzarətə alıbmış. Bu nəzarət təkcə bu medianın keçmiş bağlantılarını deyil, həm də indi hansı məmurların himayəsində olduğunu üzə çıxarmağa hesablanıbmış. Nəzarətdə olanları duyuq salmamaq üçün onlara hətta “meydan verilib” ki, bütün əlaqələrini ifşa edə bilsinlər. Bu, DTX-nin yaydığı məlumatdan da açıq görünür:  “Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib”, deyə, məlumatda bildirilir. Aydındır ki,  DTX-nin əlində bu cinayət əməllərini sübut edə biləcək videoçəkilişlər və əlavə sübutlar da var ki, ola bilsin yaxınlarda bu barədə  geniş məlumat hazırlansın…
Image result for Reket jurnalist
DTX-nin həbsləri sübutlarla möhkəmləndirməsi üçün bir neçə ay gözləməsi əslində başadüşüləndir. Çünki media siyasi hakimiyyətin xaricin reaksiyalarına ən həssas nöqtəsidir. Bu cür həbslər bəzi hallarda Qərbdə  “mətbuata hücum” kimi də qiymətləndirilir, hətta həbs olunanların adları hansısa yollarla beynəlxalq təşkilatların hesabatlarına salınır. DTX isə indi həm daxildə ictimai dəstəyi tam qazanaraq, həm də əsaslı sübutlarla bu həbslərə start verib və proses davamı olacaq.
Image result for DTX əməliyyat
Həbs edilən şəbəkənin ayrı-ayrı məmurlarla bağlantıları barədə də şok bilgilər var. Bildirilir ki, DTX  bu qrupu himayə edənləri, o cümlədən şantaja uyaraq, reket jurnalistlərə xərac ödəyən yüksək rütbəli məmurları da ifşa edib. Sonuncular –  reket jurnalistlərə boyun əyərək, onlara müntəzəm para ödəyənlər onda suçlanır ki, niyə onlar dövlətin hansısa vəzifələrini təmsil etdikləri halda hüquq-mühafizə orqanlarına müraciət etmədən, bu cür nəşrlərin böyüməsinə xidmət edən bir əmələ – onlara xərac verməyə yol veriblər?
Image result for Reket jurnalist
Reket nəşrlərə bir sıra dövlət adamları, iş sektoruna və vətəndaşlara dair məlumat servis edən bir sıra vəzifəli məmurlar da deşifrə olunub. Onlar indi DTX-nin əsas hədəfləridir. Bu məmurlardan güclü “informasiya dəstəyi” alanlar ayrı-ayrı şəxsləri məhz bu yolla şantaj ediblər. Onların “media təmsilçiləri” ilə haralarda görüşdükləri, necə təlimatlandırıldıqları, eləcə də necə maliyyələşdirdikləri də müəyyən edilib. Məlumatda deyilir ki, bu əlaqələr əsasən həmin “patron”ların sürücüləri vasitəsilə qurulub, bəzi hallarda isə birbaşa təmaslar olub.
Reket şəbəkənin əsasən qadınların vasitəçiliyi ilə şantajla məşğul olmaqla küllimiqdarda para qazandıqları da üzə çıxıb. Bu işdə də onları həm lazımi texniki vasitələrlə, həm də qadınlarla, “görüş yerləri” ilə təmin edərək, himayədarlıq edənlər var və onlar da istintaqa məlumdur. İstisna deyil ki, intim videolar da məhz himayəçilərinin çoxsaylı restoran və ya gizli mənzillərində qeydə alınıb. Bu cür asan qazanc sayəsində reket “media təmsilçiləri” himayəçilərindən pis yaşamayıblar-bahalı maşınlar alıb, dəbdəbəli ofislərdə oturublar.
Bu şəbəkənin MTN-çi himayədarları ilə birlikdə öz qurbanlarından aldığı məbləğlər çox vaxt 6 rəqəmlə ifadə olunan məbləğlər olurdu.(Azpolitika.az)
DTX-nin ifşa etdiyi şəbəkəyə bağlılığı olan məmurların, vəzifəli şəxslərin siyahısının artıq lazımi instansiyalara təqdim olunduğu da gələn məlumatlar sırasındadır. Bildirilir ki, reket mediaya “nəfəs vermiş” şəxslər barədə də sərt ölçü götürüləcək. Qeyd edək ki, DTX-nin əməliyyatı təkcə hüquq müstəvisində uğurlu əməliyyat deyil, həm də medianın təmizlənməsi işində yaxşı bir xidmətdir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın