Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / DTX, DİN və Milli Məclis maşınlarını satışa çıxardı – QİYMƏT

DTX, DİN və Milli Məclis maşınlarını satışa çıxardı – QİYMƏT

Bir çox dövlət qurumu yeni ilin ilk avtomobil hərracına balanslarında olan bəzi avtomobilləri təqdim edib.
Belə ki, 29 yanvar tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan ikisi Energetika Nazirliyinə, ikisi Daxili İşlər Nazirliyinə, ikisi isə Milli Məclisə məxsusdur.
Dövlət Təhlükəsizlik Xidməti və Şəki Apellyasiya Məhkəməsi isə özəlləşdirməyə hərəsi bir avtomobil təqdim edib.
Hərraca ilkin satış qiyməti ən yüksək olan avtomobili Dövlət Təhlükəsizlik Xidməti təqdim edib. DTX-nın təqdim etdiyi “Şevrolet Niva 21230L” avtomobili üçün ilkin satış qiyməti 7000 manat müəyyən edilib.
Ən aşağı qiymətlə hərraca təqdim edilən avtomobil isə Milli Məclis Aparatının Mətbəəsinə məxsus QAZ-31029 avtomobildir ki, onun da ilkin satış qiyməti cəmi 400 manatdır.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …