Ana səhifə / Cəmiyyət / Dövlət qurumunun binasında barama yetişdirilir (FOTOLAR)

Dövlət qurumunun binasında barama yetişdirilir (FOTOLAR)

Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir. 


Bununla bağlı rayon sakinlərindən məlumat daxil olub. 


Təqdim olunan fotolardan da aydın görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayon şöbəsinin binasında barama qurdu bəslənilir. 


Məlumata görə, şöbənin əməkdaşları rayon ərzisində əkilmiş tut ağaclarından gündəlik olaraq yarpaq toplayır və barama qurdlarını bəsləyirlər. Hətta, buna görə ağacların kəsilməsinə yerli İcra Hakimiyyəti də göz yumur. 


Məsələ ilə bağlı Demokrat.az-a danışan sakinlər bildirib ki, bu cür hallar əvvəllər də mövcud olub. 


Onların sözlərinə görə, Göyçayda bir sıra idarə və təşkilatlar ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər. 


Sakinlər məhz bu səbəbdən də barama qurdunun dövlət idarələrinin otaqlarında yetişdirildiyini bildirib. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …