Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb

Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb

“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.

H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: “Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb və Nazirlər Kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir”.

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …