Ana səhifə / Cəmiyyət / Dövlət büdcəsini Xocavənddə kimlər və necə talan edir?

Dövlət büdcəsini Xocavənddə kimlər və necə talan edir?

Adı olub özü olmayan Xocavənd Təhsil Şöbəsində hər il nə qədər dövlət vəsaiti mənimsənilir?

Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin boş olduğu və dərslərinin demək olar ki, 3-5 uşağa keçirildiyi üzə çıxıb. Bir çox hallarda isə məktəblərdə nəinki şagird, heç müəllimdə tapılmır.

Xocavənd məktəblərində vəziyyət həddən artıq acınacaqlıdır. Demək olar ki, Xocavənd məktəblərində dərs keçilmir və bunun müqabilində bir qayda olaraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Məktəblərdə adı keçən şagirdlərin böyük əksəriyyəti Bakıda yaşayır və Xocavənddəki məktəblərinin ünvanını belə bilmirlər. Bütün bunlar isə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa xeyir-duası ilə baş verir. Çünki mənimsənilən dövlət vəsaitlərində icra başçısı əsas payçı kimi çıxış edir.

Qeyd edək ki, 23 ildir Xocavənd rayonuna başçılıq edən Eyvaz Hüseynov rayonun bütün müəssisələrini, xüsusən də büdcə təşkilatlarını özünün şəxsi obyektinə çevirib. Gözdən-könüldən uzaq olan və ərazisinin böyük hissəsi işğal altında olan bu rayonda büdcə pullarının böyük hisəsi mənimsənilir və ən dəhşətlisi odur ki, burda dövlətin əsas sosial xidmət sektorlarına aid olan təhsil və səhiyyə sistemlərinin ancaq adı qalıb. Dövlətin Xocavənddə təhsilə və səhiyyəyə ayırdığı vəsaitləri Eyvaz Hüseynov şəxsi vəsaiti kimi xərcləyir.

Xatırladaq ki, bütün bu məlumatlar Xocavənddən AzFakt.com-un elektron ünvanına göndərilən məktubda yer alıb. Məktubda qeyd olunur ki, rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov icra başçısı Eyvaz Hüseynovla birllikdə rayon təhsil sistemini şəxsi obyektinə çeviriblər.

Bildirək ki, Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda Xoavənddə 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş1886 nəfər (2013-2014-cü tədris ilində 1884) şagirdin təlim-tərbiyəsi ilə 345 müəllim məşğul olur.

Məlumatda Xocavənd məktəblərindəki təhsil sisteminin formal olduğunu və demək olar ki, bir çox kənd siniflərində dərslərin keçirilmədiyi deyilir. Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin boş olduğu və dərslərinin demək olar ki, 3-5 uşağa keçirildiyi üzə çıxıb. Bir çox hallarda isə məktəblərdə nəinki şagird, heç müəllimdə tapılmır. Əslində məktəb siniflərində uşaqların olmadığı halda həmin siniflə bağlanmalı və digərləri ilə birləşdirilməlidir. Ancaq Şəfahət Yusifov bunu etməmək üçün hər şeyə gedir.

Belə ki, Xocavənd, Beyləqan və Ağcabədi rayonlarındakı imkanlı şəxslərin övladlarının əksəriyyətinin adları bu məktəblərə yazdırılıb. Adı məktəbdə gedən şagirdlər məktəblərinin hansı kənddə hansı ünvanda yerləşdiyini belə bilmirlər. Ancaq bunun əvəzində onlar Bakı şəhərində və yaşadığı ünvanda hazılıq kursuna, yaxud müəllim yanına gedirlər. Hazırda övladlarının daha çox kurslarda və müəllim yaınd ahazırlaşmasına meyl edən valideyinlər Xocavənd təhsl şöbəsinə üz tuturlar.

Uşaqların məktəblərə qəbulunda isə Şəfahət Yusifova ildə ən azı 300 manat vermək lazımdır. Məlumatda bildirilir ki, Xocavənd təhsil şöbəsinin nəzdindəki məktəblərdə işləyən bir çox müəllimlərin və xadimələrin əmək haqqı birbaşa Şəfahət Yusifova çatır. Belə ki, özünə yaxın şəxslərin adını müəllimə və xadimə kimi yazdıran şöbə müdiri ay ərzində onların hesabına 6800 manat vəsait götürür. Şöbə müdirinin əldə etdiyi bu vəsaitin yarısı isə rayon icra başçısı Eyvaz Hüseynova çatır. Bundan başqa bir çox müəllimlərin dərs saatı şişirdilməklə onlara yazdırılan əlav vəsaitlərdə Şəfahət Hüseynovun cibinə gedir.

Təhsil şöbəsi müdirinin şişridilmiş dərs saatlarından aylıq qazancı isə 2500 manatdan çoxdur. Hazırda Xocavənd məktəblərində həqiqətəndə acınacaqlı bir durum yaşanır. Məktəb sinifləri boş olduğu üçün bir neçə siniflər birləşdirilir və uşaq sayı zorla 8-9-a çatdırılır.

Qeyd edək ki, Xocavənd məktəblərində adı olan özü olmayan müəllim və xadimələrin adlarını yaxın günlərdə açıqlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın