Ana səhifə / Cəmiyyət / Dollarla krediti ilə bağlı mexanizmdə dəyişiklik edilə bilər

Dollarla krediti ilə bağlı mexanizmdə dəyişiklik edilə bilər

Dollarla götürülmüş kreditlər üzrə kompensasiyanın verilməsi mexanizmində dəyişiklik edilə bilər. Xüsusilə zaminlərə kompensasiyanın verilməsi qaydalarına yenidən baxıla bilər. Hazırki qaydalara əsasən kompensasiya kredit rəsmiləşdirilən şəxsin hesabına köçürülür. Reallıqda borcu ödəyən zaminin həmin vəsaiti geri alması isə olduqca çətindir. Bu çətinliyi aradan qaldırmaq üçün təkliflər hazırlanıb.

Xəzər Tv xəbər verir ki, hazırki qaydalara hansısa vətəndaş kredit götürüb onu ödəyə bilmirsə, yaranan borcu zamin qayatarmalı olur. hazırkı qaydalara görə kompensasiyanın borcu realliqda qaytaranın deyil, krediti götürən şəxsin hesabına köçürülməsi nəzərdə tutulur.
Mövcud ödəniş mexanizminə əsasən zaminin həmin vəsaiti almasinda çətinlik yarana bilər.Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarina ehtiyac var.
İqtisadçı ekspert Vüqar Bayramovun hazırladığı təkliflərə əsasən kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilməlidir.
Təkliflər artıq aidiyyatı qurumlara göndərilib və müzakirə mərhələsindədir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …