Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Direktor 10 min manat verib azadlığa çıxıb”– Təcavüzə məruz qaldığı deyilən məktəblinin atası

“Direktor 10 min manat verib azadlığa çıxıb”– Təcavüzə məruz qaldığı deyilən məktəblinin atası

Zərdab rayonu Şahhüseynli kəndində şagirdini zorlamaqda ittiham olunduğu üçün saxlanılan məktəb direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb.

Azinforum.az xəbər verir ki, Kənd icra nümayəndəsi Abubəkir İsayev publika.az-a bildirib ki, C.Tofiqli ötən gecə həbsdən buraxılıb.
“Onun necə azadlığa buraxılması barədə heç bir məlumatım yoxdur. Bildiyim qədəri ilə hələ ekspertiza aparılmayıb”.
A.İsayev hazırda bu hadisə ilə bağlı sakinlərin çox gərgin olduğunu deyib:
“Hələ ki, məktəbdə tətildir. Amma uşaqları məktəbdə oxuyan ailələr narahatdır. İnsanların psixoloji durumu yaxşı deyil. İnsanların beynində şübhələr var, bu hadisədən sonra uşaqlarının məktəbdə oxumasından narahat olanlar var. Məktəb açılandan sonra necə olacağını bilmirik”.

Məktəblinin atası Rəmzi Abduləliyev C.Tofiqlinin hansı əsasla azadlığa buraxılmasının onlar üçün də şübhəli olduğunu deyib:
“Heç bir ekspertiza aparılmayıb, amma direktor azadlığa buraxılıb. Bizdə olan məlumata görə, 10 min manat verib. Amma dəqiq bilmirəm. Hər halda prokurorluğa təkrar məktubla müraciət etmişəm”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın