Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Diplomun saxtalığını sübut edə bilməyən dövlət məntiqlə cinayətkarın da cinayətkar olduğunu sübut edəcək gücdə deyil”

“Diplomun saxtalığını sübut edə bilməyən dövlət məntiqlə cinayətkarın da cinayətkar olduğunu sübut edəcək gücdə deyil”

“Təhsil naziri deyir ki, dövlət müəllim adını saxta diplomla daşıyanların diplomunun saxtalığını sübut etmək imkanında deyil. Güclü siyasi alternativlərin, medianın və vətəndaş cəmiyyətinin olduğu ölkədə bu açıqlama zəlzələ effektli skandal yaradardı. Çünki diplomun saxtalığını sübut edə bilməyən dövlət məntiqlə cinayətkarın da cinayətkar olduğunu sübut edəcək güc və imkanda deyil”.

Bunu ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev qeyd edib ki, diplom ya Dövlət İmtahan Mərkəzinin qəbul bazasından keçənlərdə, ya xaricdə oxuyub diplomunu nostrifikasiya etdirən şəxslərdə, ya da ikinci təhsil xəttilə universitetlərin bazasında qeydiyyata düşənlərdə olmalıdır: “Bu 3 baza isə dövlətin əlindədir. Nazir deyir ki, saxtalığı sübut edə bilmədiyimiz üçün həmin diplom sahiblərini sertifikasiyadan keçməyə – yəni saxta diplomlarını leqallaşadırmağa çağırırıq. Sözün və məntiqin bitdiyi yer…”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …