Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / DİN: Məlumatlar böhtan xarakterlidir və həqiqəti əks etdirmir

DİN: Məlumatlar böhtan xarakterlidir və həqiqəti əks etdirmir

“Bəzi kütləvi informasiya vasitələrində Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bolməsinin əməkdaşları haqqında yayılan fikirlər həqiqəti əks etdirmir”.

Bunu “Report”un Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Qazax rayon sakini Mahir Yusubovun Ağstafa Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məlumatlar böhtan xarakterlidir: “Əslində bu, yol polisi – sürücü münasibətlərinə aid sıradan bir hadisənin mahiyyətinin təhrif olunmuş formada təqdimatıdır: “Bu il mayın 29-da Mahir Yusubova məxsus “Mercedes” markalı 10-ZO-226 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb və baxış zamanı avtomobilin Elşad Əzimov adlı şəxs tərəfindən sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü E.Əzimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmaqla sənədləri aidiyyəti üzrə Qazax Rayon Polis Şöbəsinə göndərilib. Eyni zamanda həmin avtomobillə Mahir Yusubovun da əvvəllər yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozduğu, o cümlədən adıçəkilən nəqliyyat vasitəsini sərxoş halda, sürət həddini aşmaqla idarə etdiyi, bu zaman barəsində tətbiq olunan, ümumilkdə, 818 manat məbləğində cərimələrin ödənilmədiyi nəzərə alınaraq sözügedən “Mercedes”in mühafizə olunan duracağa qoyulmasına dair qərar qəbul edilib və bu prosedur sürücünün iştirakı ilə həyata keçirilib. M.Yusubov barəsində tərtib olunmuş protokola hər hansı şəkildə etiraz bildirməyib. Daha sonra onun cərimələri ödəmədən avtomobili duracaqdan çıxarmaq cəhdləri nəticəsiz qalıb. Ona görə də mətbuatda yol polisi əməkdaşlarına böhtan atmaqla özünü təmizə çıxarmağa çalışır. Bu isə hüquqi məsuliyyət doğurur”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …