Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olması haqda

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olması haqda

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il III qrupdan bir oğlan Qızlar Univeristetinə qəbul olmuşdu və buna görə də DİM-i günahkar bilirdi: “Həmin şəxs bizə müraciət edərək “görmürsünüz ki, mən oğlanam, niyə məni Qızlar Universitetinə salmısınız” deyərək ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisəsinin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi. Amma ümumən Qızlar Universitetində oğlanların oxuması üçün qadağa yoxdur. Sadəcə olaraq, bu universiteti adətən, qızlar seçirlər”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …