Azinforum.az-a DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.