Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputatlığa iddialı olan Paşa Məmmədov XİN-i sərt tənqid etdi: “Burnunun ucundan uzağı görmür…”

Deputatlığa iddialı olan Paşa Məmmədov XİN-i sərt tənqid etdi: “Burnunun ucundan uzağı görmür…”

Azinforum.az xəbər verir ki, 112 saylı Qax seçki dairəsindən deputatlığa iddialı olan, sabiq diplomat Paşa Məmmədov (İlusuyski) öz qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib. Bu dəfə o, əvvəllər çalışdığı Xarici İşlər Nazirliyinin fəaliyyətini top atəşinə tututb. İlusuyskinin ilk hədəfi XİN sözçüsü Hikmət Hacıyev olub.

Paşa Məmmədovu onu qeyri professional açıqlama verməkdə və burnunun ucundan kənarı görməməkdə ittiham edib. Sonra bildirib ki, diplomatlarla bağlı yaranan qalmaqala təcili şəkildə son qoymaq üçün XİN-də struktur və kadr islahatları aparılmalıdır:

“Səfirlik işçilərinin rotasiya qaydasında yerdəyişmələri həyata keçirilməlidir. Səfirliklərdə baş girəliyənlərin əvəzinə bütün diplomatik işi çiynində daşıyan diplomatlarımıza yaxşı qiymət verilməlidir”.
Sabiq konsul daha sonra diplomatik fəaliyyətdə olarkən rastlaşdığı knkret bir hadisə barəsində fikirlərini bölüşüb:

“Mən, konsul vəzifəsində çalışanda, bir nəfəri tanıyırdım. O, XİN-də təsərüfat işlərinə baxırdı. Nazirlikdəki süpurgəçilərin işini koordinasiya edirdi. Sonra gördüm ki, həmin adam Azərbaycanın strateji portnyoru sayılan MDB ölkələrindən birində konsul işləyir. Gülməli burasıydı ki, həmin diplomat nə rus, nə də ingilis dillərini bilirdi. Rəsmi tədbirlərdə həmin ölkədə oxuyan tələbələrimiz onun üçün tərcüməçilik edirdi”.

Qeyd edək ki, Paşa Məmmədov Azərbaycanın Dubaydakı sabiq konsulu olub.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın