Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / DEPUTATLARIN “ŞOTUNU” HANSI JURNALİST VƏ NİYƏ ÖDƏYİB?

DEPUTATLARIN “ŞOTUNU” HANSI JURNALİST VƏ NİYƏ ÖDƏYİB?

Sözümün üstündə duran adamam. Bu gün FB dostlarıma bir mövzu ilə bağlı yazacağımın anonsunu vermişdim. Artıq saatlar 12-ni keçdiyi üçün, bir balaca gecikmişəm. Evə gec gəldiyim səbəbindən yəqin ki, dostlarım onlara yaşatdığım balaca intizara görə məni anlayışla qarşılayar. Keçirəm söz verdiyim mövzuya.
Məlum olduğu kimi, bir neçə gün əvvəl, bəzi baş redaktorların Milli Məclisə ekskursiyası təşkil edildi. Hətta bu mövzu ətrafında mediada kifayət qədər müzakirə aparılıb. Baş redaktorların ekskursiyasını tənqid edənlərlə yanaşı, təqdir edənlər də tapıldı. Ancaq həmin gün orada baş verən maraqlı bir hadisədən nədənsə yazan olmadı. Nəql edəcəyimi  mənə çox etibar etdiyim və sözlərinin dürüstlüyünə qətiyyən şübhə ilə yanaşmadığım bir jurnalist danışıb.
Sözügedən tədbirdən sonra, nümayəndə heyətinin tərkibində olan bir neçə baş redaktor Milli Məclisin yeməkxanasında “obed” etmək qərarın gəlir. Naşı olduqları üçün deputatların yemək yeməsi üçün ayrılan  tərəfdə oturmalı olurlar. Milli Məclisin işçiləri bunu  anladıqlarından ,  qonaqların  yanlış yer seçiminə etiraz etmir. Həmin vaxt bəzi deputatlar da orada yemək yeyirmiş.
Birdən zala Hadı Rəcəbli girir və “yad” adamları görür. Təbiidir ki, baş redaktorlardan bəzilərini tanıdığından, yemək yeyənlərin jurnalistlər olduqlarının fərqində olur. “Sosial Siyasət” Komissiayasının sədi olduğu səbəbindən, dərhal vəzifəsinə uyğun alicənablıq etmək qərarına gəlir. Yeməkxana işçilərinə tapşırır ki, jurnalistlərdən pul almasınlar, “şot” onluqdu. “Ofisiant” sevincək halda gəlib bunları jurnalistlərə deyəndə, maraqlı cavabla qarılaşır. Baş redaktorların “kruq”unda oturan Elxan Shukurlu Hadı müəllimin bu jestinə qəti etiraz edir və ofisianta deyir ki, deputatların da hesabını onun ödəyəcəyi puldan çıxsınlar. Belə də olur.  Məlum hadisədən sonra, adını çəkmək istəmədiyim bir deputat  Elxana zəng vurub etdiyi doğru hərəkətə, jurnalist adını yüksək tutduğuna görə ona dərin təşəkkür edir.
Bunu yazmaya da bilərdim. Bəlkə də çoxları adi bir məişət söhbətini ictimailəşdirdiyimə görə məni qınayacaq da. Ancaq hesab edirəm ki, bu hadisəyə yalnız adi məişət söhbəti rakursundan yanaşmaq lazım deyil. Elxan mənim uzun illərdən bəri tanıdığım yaxın dostlarımdan biridir. Maddi imkanları elə də güclü deyil, hazırda kirayədə yaşayır. Amma buna baxmayaraq, bir gözütox, qürurlu hərəkətilə bütün jurnalistlərin adını ucaltmış olub. Sübut edib ki, yaşadıqları çətinliklərə baxmayaraq, heç də bütün Azərbaycan jurnalistləri ələ baxan, bir qarın yeməyə görə, vəzifəlilər qarşısında “pişiklənən” deyil. Ən başlıcası isə onun bu hərəkəti bəzi səlahiyyət sahiblərinin jurnalistlərə yuxarıdan aşağı baxmaq yanaşmasını dəyişmiş olur. Şəxsən öz adımdan Elxan bəyə etdiyi gözəl, nümunəvi hərəkətə görə dərin təşəkkür edirəm!

P.S. Yazı jurnalist Məhəmmədəli Qəriblinin “Feysbuk” səhifəsindən götürülüb

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın