Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Deputatların “BAZAR GÜNÜ”: “Çalışıram ki, hər bazar qaçım”

Deputatların “BAZAR GÜNÜ”: “Çalışıram ki, hər bazar qaçım”

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.

71 saylı Masallı kənd seçki dairəsindən seçilən deputat Elmira Axundova deyir ki, bazar günü zəngin keçir.

“Hazırda fransız dilini öyrənirəm. Müəllimim də yanımdadır. Bu dili çox sevirəm. Əvvəllər fransız dilini çox yaxşı bilirdim. Sonra unutdum. İndi qərara gəlmişəm ki, bu dil sevgimi yenidən təkmilləşdirim. Orta və ali məktəbdə fransız dili keçilib. Mən də bu dili mükəmməl bilmirəm. Yenidən dil sevgimi təkmilləşdirmək fikrindəyəm. Digər bazar günü işim keçmiş deputat Anar Məmmədxanova həsr etdiyim kitabın üzərində işləyirəm. Artıq kitab redaktə olunub. Sadəcə bəzi qeydləri kitaba əlavə edəcəm. Ailəyə, nəvələrə də vaxt ayırıram. Məsələn, dünən onlarla birgə idim. Adətən ailəyə axşam vaxt sərf edirəm”.

11 saylı Qaradağ seçki dairəsindən seçilən deputat Aydın Hüseynov bazar günləri idmanla məşğul olduğunu deyir

“Yalnız planlaşdırdığım işlərdən biri idmanla məşğul olmaqdır. Çalışıram ki, hər bazar qaçım. Çünki gün ərzində qaçmaq insanı həm formada saxlayır, həm də sağlamlığa xeyirdir. Bazar günləri dost-tanışın xeyir işlərinə də qatılıram. Bəzən olur ki, seçicilər müraciətlər edir. Onların müraciətlərini də dinləyirəm. Ən əsası ailəyə daha çox vaxt ayırıram. Çünki ailədə hər kəs vacib işlərini mənim ev günümə saxlayır. Mən də bazar günü hüququmdan istifadə edərək hər kəsə kömək edirəm”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …