Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Deputatların bazar günü: “Ailəlikcə bir yerə toplaşmaq mehribanlıq yaradır”

Deputatların bazar günü: “Ailəlikcə bir yerə toplaşmaq mehribanlıq yaradır”

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütüntəhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəsbir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıqsəmada olmağa üstünlük verir.

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.

47 saylı Mingəçevir seçki dairəsindən seçilən deputat Aydın Mirzəzadə bazar günlərini müxtəlif məsələlərin həllinə həsr edir.

“Bir qayda olaraq bazar günü həftə ərzində yığılıbqalmış ev işləri ilə məşğul oluruq. Nəyinsə təmiredilməsi, səliqəyə salınması, nəyinsə alınması. Çalışırıq ki, həmin gün ana dincəlsin, onun üzərinə az iş düşsün. Eyni zamanda, hava şəraiti imkan verirsə, şəhərə ailəlikcə gəzintiyə çıxırıq, hardasa çay süfrəsiətrafına yığışırıq. Bir də həmin gün daha çox bir yerdəolmağa, söhbətləşməyə çalışırıq. Bu ailənimöhkəmləndirir, problemləri azaldır, mehribanlıqyaradır. Bazar günləri mütaliəyə də vaxt ayırmağı sevirik”.

 

94 saylı Bərdə kənd seçki dairəsindən seçilən deputat Zahid Oruc bazar günlərindən maksimum yararlanmağa çalışdığını deyir.

“Həftə sonuna yönəlik öncədən planlarımız toplanır. Bunu ailəmizin planlarına daxil edirik. Çalışırıq ki, ailəmizin yanında olaq. Həmçinin, yığılıb qalan problemləri həll etməyə çalışırıq. Bəzən yaxın qohumlar bir yerə toplanırlar. Bazar günü görüşlərini bəzən yığılıb qalan problemlərin müzakirəsinə həsr edirik. Hansısa məsələləri həll edirik. Evdə böyüyən uşaqların gələcək həyatına təsir edən mühiti müzakirə edirik. Heç şübhəsiz ki, bazar günlərində mütaliəyə də vaxt ayırırıq. Açığı desəm, intensiv şəkildə idmanla məşğul olan deyiləm. Belə bir həvəskarlığım heç vaxt olmayıb. İstirahət günündən maksimum dərəcədə yararlanmağa çalışıram. Hər zaman beynimizdəqurduğumuz ssenarimiz olur. Amma bazar günlərimiz tam olaraq planlaşdırdığımız günlər deyil”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …